Qəbələdə “Gecə Snayperləri” musiqi qrupunun möhtəşəm konserti
Tarix: 11.01.2018 | Saat: 03:07:00 | E-mail | Çapa göndər



“Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilən XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı ötən bir həftə ərzində istirahət etmək üçün MDB və Avropa ölkələrindən Qəbələyə gələn yüzlərlə turist və yerli qonaqlar üçün əsl musiqi və yumor bayramına çevrilməklə yanaşı, həm də dünyanın diqqətini yenidən Azərbaycana yönəldib. Ölkəmizin mədəni həyatında və turizm sektorunda önəmli hadisələrdən biri olan bu festival zəngin proqramı və dəyərli qonaqları ilə yadda qalıb. Hər axşam Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertlərdə məşhur musiqiçilərin ifaları Qəbələnin ecazkar təbiəti ilə ahəng təşkil edib.
AZƏRTAC xəbər verir ki, yanvarın 10-da festivalın bağlanış mərasimi və yekun konserti də anşlaqla keçib. Belarusdan olan tanınmış müğənni Diana Arbeninanın iştirakı ilə “Gecə Snayperləri” musiqi qrupunun konserti böyük tamaşaçı marağına səbəb olub. İfaçı yeni albomundan mahnılar və ən yaxşı "snayper" hitlərini təqdim edib. Əfsanəvi qrupun çıxışı unudulmaz bayrama çevrilib.
Konsertdə musiqi kollektivinin əvəzsiz lideri olan Diana Arbenina tamaşaçılara məlumat verərək bildirib ki, 25 illik səhnə həyatı boyu rok-n-rolla yaşayaraq öz qrupu ilə bütün dünyanı gəzib. Qrupun indiyədək Bakı, Berlin, Nyurnberq, Vyana, Praqa, Varşava, Riqa, Tallin, Vilnus, Antverpen, London, Paris, Tbilisi, Minsk, Təl-Əviv, Sinqapur və Honkonqda konsertləri olub. Bu, əlbəttə ki, tam siyahı deyil. "Snayperlər"in hesabında onlarla hit, minlərlə pərəstişkar və uğurlu konsertlər var.
Qeyd edək ki, yanvarın 5-dən 10-dək davam edən Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalın iştirakçıları gündüz saatlarında idman və əyləncəli proqramlar, intellektual oyunlar, axşamlar isə konsertlər, məzəli-əyləncəli proqramlarda iştirak ediblər. Ötən bir həftə ərzində festivalın musiqili qonaqları arasında Vaxtanq Kikabidze, Vladimir Zelenski, Nataliya Moqilevskaya, Diana Arbenina, Nutse Buzaladze, “Kvartal 95” yumor qrupu, “Mqzavrebi” və “Gecə Snayperləri” musiqi qrupları olub. Bundan əlavə, festival müddətində əcnəbi turistlər üçün idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər tədbirlər keçirilib. Turistlər Qəbələnin tarixi məkanları, görməli yerləri ilə tanış olmaq imkanı da əldə ediblər.
Məlumat üçün bildirək ki, 2009-cu ildən keçirilməyə başlayan bu festival ilk dəfə Yunanıstanda, növbəti illərdə isə İordaniya, BƏƏ, Türkiyə və Ukraynada təşkil edilib. Bu illər ərzində festivalın iştirakçıları arasında Valeriy Meladze, Ani Lorak kimi tanınmış ifaçılar olub. Festivalın təşkilatçıları aktiv istirahət etməyi sevənlər üçün bir həftə ərzində gündəlik müxtəlif əyləncə proqramlar hazırlayıblar. Festival bu günə kimi 15 000 iştirakçı üçün müxtəlif əyləncə proqramları təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
İrəvan teatrının bölgələrə qastrol səfəri davam edir
18.12.2018
Rusiyalı jurnalist ilk kitabını Azərbaycana həsr edib
18.12.2018
Azərbaycanlı istedad dünyaca məşhur piano müsabiqəsində qalib oldu
18.12.2018
Türk dünyası üçün 2019-cu il “İmadəddin Nəsimi ili” elan olunub
18.12.2018
Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 “İtalyanlar bizə çox bənzəyirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info