Erməni demoqrafdan etiraf
Tarix: 11.01.2018 | Saat: 09:37:00 | E-mail | Çapa göndər

Ermənistan işəgötürənlər birliyinin sədri Qaqik Markaryan “Tert. am” saytına verdiyi acıqlamasında 2017-ci ildə ölkədə mənfi olanlardan daha çox müsbətə doğru dəyişikliklərin qeydə alındığını bildirib. Guya, bu ərəfədə Ermənistanda işsizlik nisbəti 1-2 faiz azalıb. Markaryan, bunu apardığı şəxsi müşhidələrinə əsasən bildirir və bu hesablama ilə bağlı dövlət orqanları tərəfindən hələ rəsmi sənəd təqdim edilmədiyini etiraf edir. Maraqlıdır ki, buna baxmayaraq, Markaryan bu ərəfədə ölkədəki yoxsulluq səviyyəsinin azalmadıgını və bunun 2018-ci ildə də davamlı olacagını bildirib.
Onun sözlərinə görə, ölkədə fəaliyyət planının həyata keçirilməsi hökumətin müəyyənləşdirmədiyi yoxsulluğun qarşısının alınması üçün çox vacibdir. Markaryana görə, bu Ermənistanda demoqraf vəziyyətə də müsbət təsir göstərə bilər.
Lakin “1in.am” sytına açıqlama verən erməni demoqraf Artak Markosyan isə Ermənistandan köçənlərin əsas problemini onlrın ölkə rəhbərliyinə, Ermənistanın sabahına olan inamsızlıqları ilə əlaqələndirir. Onun sözlərinə görə, təkcə 2017-ci ilin 9 ayı ərzində Ermənistandan 13,5 min nəfərdən artıq erməni köçüb. Maraqlıdır ki, erməni demoqraf bu rəqəmi yaxşı göstərici kimi dəyərləndirir. O bildirir ki, təkcə 2016-cı ildə 22 mindən artıq erməni vətəndaşı Rusiya Federasiyasında vətəndaşlıq almış, bundan əlavə , 19 min nəfər isə elə bu ölkədə yaşayış icazəsi əldə etməyə nail olublar . Qeyd edək ki, Markosyan 2017-ci ilədəki məlumatlar barədə danışarkən, təqdim etdiyi rəqəmlərin hələ yekunlaşdırılmadıgını, lakin mütləq aşağı istiqamətli bir tendensiyanın olmadıgına ümid etdiyini bildirib.
Markosyan, ermənilərin köç etdiyi digər, xüsusən Avropa Birliyinə üzv olan ölkələr və ABŞ üçün hələ dəqiq statistikanın olmadığını bildirib: “Doğrudur, 1990-cı illərdən etibarən erməni vətəndaşları xaricə işləmək üçün gedirlər, ancaq son illərdə ümumi miqrasiya balansında daimi yaşayış üçün gedən insanların sayı artıb. Bu gün isə Ermənistanda gələcəyə ümidin olmaması insanları dönməz şəkildə ölkəni tərk etməyə məcbur edir. Dogrudur, miqrasiya qonşu Azərbaycan və Gürcüstanda da müşahidə edisə də, bu bizimlə müqayisədə çox cüzi xarakter daşıyır. Bəzlkə də bu ermənilərin Qafqaz ölkələri arasında ən çox səyyar (köçəri) həyat tərzi keçirən xalq olması ilə baglıdır”-deyə erməni demoqraf bildirib.
Təbii ki, doqru sözə nə deyəsən. Markosyan özü də ermənilərin köcəri oldugunu etiraf etsə də. onların getdikləri yerlərə özləri ilə ən pis vərdişlərini apardıgını deməyi unudur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.04.2018
İş adamları Ermənistandan qaçırlar
26.04.2018
Ermənistanda baş nazir postuna seçkilər mayın 1-də keçiriləcək
26.04.2018
Ermənistanda etirazlar nə vaxt başa çatacaq? - Paşinyandan cavab
26.04.2018
 Serj Sarkisyan Respublika Partiyasının sədrliyindən istefa verib
26.04.2018
İrəvanda etirazçılar Paşinyanı baş nazir seçməyi tələb ediblər

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9101

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib
4 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
5 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info