Bankda işləmək istəyənlərin nəzərinə
Tarix: 11.01.2018 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


“ABB” ASC Daxili Audit Departamentinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Avtomatlaşdırılmış əməliyyat sistemi vasitəsilə əməliyyatların monitorinqlərinin aparılması;
- Maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
- Daxili nəzarət sisteminin adekvatlığının, eləcə də fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
- Kompleks və tematik yoxlamaların (səyyar və ya kameral) aparılması; 
- Bank əməkdaşları və müştərilər ilə görüşlərin təşkili;
- Əldə edilmiş məlumatlar və aşkarlanmış nöqsanların yazılı şəkildə təsvir edilməsi; 
- Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi.
Davranış səriştələri:
- Müstəqillik, tərəfsizlik, məxfilik, qətiyyətlilik, liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlilik kimi fərdi keyfiyyətlərə sahib olmaq;
- Aanalitik təhlil və problemlərin həlli istiqamətində yaradıcı fikirlər irəli sürmək bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi;
- Təqdimat bacarığı.
Vakant vəzifə üzrə tələblər:
- Ali iqtisadi və ya hüquqi təhsil və bank sistemində azı 2 illik iş stajı və ya ali təhsil və bank sistemində azı 4 illik iş stajı (Xarici təhsil və xüsusi beynəlxalq sertifikatları, eləcə də  audit, nəzarət, risklərin idarə olunması və mühasibatlıq üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir);
- Azərbaycan, Rus  və İngilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması;
- Ofis Proqramlarında sərbəst işləmək bacarığının olması;
- Uzunmüddətli ezamiyyətlərə getmək imkanı.
Bu iş sizə nələri qazandıracaq:
- Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
- Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 yanvar 2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Daxili Audit Departamentinə baş/aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Azərbaycan öz milli maraqlarını tam təmin edir”
21.09.2018
“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”
21.09.2018
Böyüklərə qayğı hər bir insanın mənəvi borcudur
21.09.2018
Girov götürülən şəxslərin hüquqlarının tədqiqi ilə bağlı layihə yekunlaşıb
21.09.2018
Prezident Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info