“Prezident Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına həmişə diqqətli olub”
Tarix: 11.01.2018 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi çox sevindirici hadisədir. Prezident Azərbaycanın bu şərəfli tarixinə, onun yaradıcılarına həmişə diqqətli olub”. Bu fikri “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad bildirb.

O bildirib ki, Prezident İlham Əliyev bununla ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olduğunu bir daha təsdiqləyir: “Qeyd edim ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadənin 110 illik yubileyi ilə əlaqədar Sərəncam vermişdi. 2014-cü ildə isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı imzalamışdı. Bu, cənab Prezidentin mədəniyyətimizə, tarixi-dövlətçilik ənənələrimizə, istiqlal ideyalarına verdiyi bir töhfədir. Bu həm də öz tarixinə, şərəfli tariximizə bağlığın bariz nümunəsidir.

İradə Polad deyib ki, Sərəncam yeni nəslə Azərbaycan tarixinin şərəfli səhifəsinin aşılanması, onun öyrənilib, araşdırılması baxımından da önəmlidir: “Bu addım Azərbaycan Respublikasının müstəqilliyinə, onun qüdrətlənməsinə, torpaqlarımızın işğaldan qurtaracağına inamı artırır. Azərbaycan türkləri tarixdə çox böyük imperiyalar qurub, dünya tarixinə bu mənada böyük dahilər veriblər. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimiz tarixində bir ilkdir. Bu təkcə müsəlman şərqində deyil, bütövlükdə Asiyada ilk demokratik dövlətdir. 23 ay ərzində mövcud olmuş bir dövlət Yaxın, orta və uzaq şərqə örnək ola biləcək bir dövlət quruluşuna malik olmuşdu. Bu Azərbaycan türklərinin fəxr edəcəyi bir tarixdir.
Prezidentin bu sərəncamı dövlətimizin tarixi təcrübəsinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq, bu məsələni həmişə diqqətdə saxlayır. Cəmiyyətimiz, yaşlı, orta və gənc nəsil artıq dostumuz və düşmənizi seçməkdə çətinlik çəkmir. Ona görə də bu sərəncam dost-düşmənimizin dəyişmədiyinin yenidən xatırlanması baxımından da qiymətlidir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
11.12.2018
DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
11.12.2018
Qaradağda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi
11.12.2018
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
11.12.2018
Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info