Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
Tarix: 11.01.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


“2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması bizi qürurlandırdı”

Prezident İlham Əliyev 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi xaricdəki soydaşlarımızı da sevindirib. Belə ki, Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova
öz sevincini bizimlə bölüşdü: “Bu günlərdə Prezident İlham Əliyevin çox yerinə düşən və qiymətli jesti hər bir vətənpərvər azərbaycanlı kimi, mənim də qəlbimi iftixar hissi ilə doldurdu. Cənab Prezident yenicə qədəm qoyduğumuz 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” kimi təqdim etdi. Qürurumuz sonsuzdur, çünki 20-ci əsrin əvvəllərində ilk Demokratik Respublika məhz doğma Azərbaycanımızda yarandı. Ömrü qısa olsa da, Vətənimizin demokratiya və müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. İllər, əsrlər ötsə də 1918-ci il bizə daim qürur gətirəcəkdir. Bu tarixi hadisədən 100 il keçməsinə baxmayaraq hörmətli Prezidentimiz tariximizin dəyərli səhifəsini bir daha canlandıraraq millətimizi bu tarixi yaşatmağa səslədi. Ulu əcdadlarımızın bizə qoyub getdikləri qiymətli miras illər ötdükcə yaddan çıxmır, əksinə qədirbilən ulu öndərimiz Heydər Əliyev və Prezidentimiz İlham Əliyev tərəfindən dəyərləndirilərək xalqın yaddaşına qızıl hərflərlə yazılır”.
Minəvvər Vahabova Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı keçirəcəkləri tədbirlər haqqında da danışdı: “Biz də, ABŞ-da yaşayan azərbaycanlılar olaraq, 2018-ci ili, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini layiqincə qeyd etmək, bu mirası bizə qoyub gedən vətənpərvər liderlərin ruhunu şad etmək məqsədilə əlimizdən gələn tədbirlərin həyata keçirilməsinə var gücümüz ilə çalışacağıq. Yaşadığımız ölkələrdə Vətənimizin daha yaxından tanınması, onun 100 il bundan qabaq öz dövrünə görə ilk olan demokratik bir dövlət olmağa çalışması və qısa da olsa bir müddətdə, yəni 23 ay müddətində buna nail olması haqda olan həqiqətləri ictimaiyyətə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Qoy, 2018-ci il müasir demokratik Azərbaycanımız üçün düşərli, uğurlu il olsun!”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Azərbaycanlı mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıb
13.12.2018
“DaimOnline” kampaniyası daha iki universitetdə
13.12.2018
Azərbaycanın 6 ölkədə xarici turizm nümayəndəlikləri fəaliyyətə başlayacaq
13.12.2018
Beynəlxalq Əmək Təşkilatı əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə təlim kursu keçirib
13.12.2018
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info