Batareyasız işləyən simsiz “maus” təqdim edilib
Tarix: 11.01.2018 | Saat: 13:29:00 | E-mail | Çapa göndər


Oyun aksessuarı onu enerji ilə dolduran xüsusi kiçik “xalça” ilə birgə işləyir.
Oyun aksessuarlarının buraxılışı üzrə ixtisaslaşmış “Razer” şirkəti “CES 2018” sərgisində batareyasız işləyən simsiz “maus” təqdim edib. Oyun cihazı istifadə zamanı kiçik “xalça” vasitəsilə enerji toplayır.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, şirkət “Razer Mamba HyperFlux” adlı “maus”un buraxılışı üçün patentlənmiş “HyperFlux” texnologiyasından istifadə edib. Bu texnologiya sayəsində “maus” şəbəkəyə qoşulmuş xüsusi kiçik “xalça” üzərində yerləşərkən enerji toplayır. Enerjinin doldurulması prinsipi induksiya metoduna oxşardır, “maus” kiçik “xalça” ilə kontakt olmadan işləmir.
Oyun aksessuarı enerjinin sabit qəbulu və siqnalın kompüterə ötürülməsinə nəzarət edən “Adaptive Frequency Technology Razer” adlı sensorla təchiz edilib. “Razer Mamba HyperFlux” “maus”unun qiyməti 249 dollar təşkil edir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Göbələkdən necə xilas olmaq lazımdır
25.06.2018
“WhatsApp” messencerində stikerlər əlçatan olacaq
22.06.2018
Yemiş yeyəndə tumlarını atmayın
22.06.2018
İllik gəliri milyonları keçən tanınmış həkimlər
21.06.2018
İnsan nəfəsindən xəstəlikləri müəyyən etmək olacaq

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info