“2018-ci ildə də Azərbaycanın idman uğurlarının sayı çoxalacaq”
Tarix: 11.01.2018 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bir sıra vacib məsələlərə və uğurlara toxundu ki, bunlardan birir də yola saldığımız ildə idman uğurlarımızın çoxalması ilə bağlı idi. Ölkə başçısının da dediyi kimi 2017-ci ildə Azərbaycan idman sahəsində böyük uğurlar qazandı ki, bu da düzgün formalaşdırılmış idman siyasətinin nəticəsi kimi dəyərləndirilməlidir.
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov deyir ki, Azərbaycanın idman uğurları bir sıra inkişaf etmiş ölkələrin idman uğurlarından qat-qat çox olub. Konkret olaraq 2017-ci ildəki uğurlarımıza gəldikdə isə ötən il irili-xırdalı idman nailiyyətlərimizin sayı əvvəlki illə müqayisədə çox oldu: “Ötən ilin ən yaddaqalan idman hadisələrindən biri ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi idi. Ümumiyyətlə idman uğurları Azərbaycan üçün artıq adi hala çevrilib. Yəni, o mənada adi hala ki, ilbəil idman uğurlarımızın sayı artır, ölkəmiz hər il böyük idman yarışlarına ev sahibliyi edir. Misal üçün İslam Həmrəyliyi Oyunları. Belə bir mötəbər idman yarışının Bakıda keçirilməsi bizə beynəlxalq aləmdə böyük etimad göstərilməsindən xəbər verir. Bu isə o deməkdir ki, Azərbaycanın siyasi, diplomatik, iqtisadi uğurlarını görürlər, bizə güvənirlər, sabitliyimizi də dəyərləndirib belə kütləvi idman tədbirləri üçün məkanı Bakını seçirlər. Qısası, idman sahəsində ötən il xeyli uğurlarımız oldu, bunlardan da başda gələni İslamiadanı demək olar. Bu yarış həm də dünyada İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addım kimi də dəyərləndirilməlidir. Bu da Azərbaycanın niyyətinin, siyasətinin göstəricisidir”.
Aqil Acalov deyir ki, 2017-ci ildə “Qarabağ” futbol klubunun tarix yazaraq Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmasının siyasi əhəmiyyəti də çox oldu: “Həmçinin şahmatçılarımızın ötən il tarixi nailiyyət qazanmasını da unutmaq olmaz. Ümumiyyətlə ölkənin idman ictimaiyyəti daim ölkə başçısının yürütdüyü siyasəti dəstəkləyib, bizə göstərilən diqqət və qayğını da öz uğurlarımız ilə cavablamağa çalışırıq. İdman bu gün beynəlxalq aləmdə bir növ ölkənin tanıdılması üçün əsas alətə çevrilib və Azərbaycan da bundan səmərəli istifadə edir. Düşünürəm ki, 2018-ci ildə də Azərbaycanın idman uğurlarının sayı çoxalacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Qarabağ” komandası “Arsenal”a minimal hesabla məğlub olub
13.12.2018
“Gələn il üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə tutulur”
13.12.2018
“Bu il idmançılarımız tərəfindən 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilib”
13.12.2018
UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub
13.12.2018
Çempionlar Liqası: “Real Madrid” öz meydanında böyük hesabla uduzub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info