Özbəkistan portalı:”Bakı Limanı Xəzərdə əsas nəqliyyat mərkəzi olacaq“
Tarix: 11.01.2018 | Saat: 14:54:00 | E-mail | Çapa göndər
Daşkənddəki “nuz.uz” portalı Ələtdəki yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında rus dilində geniş material verib. Yeni liman Xəzərdə əsas nəqliyyat habı olmağı planlaşdırır. Yeni liman 150-160 metr uzunluğunda olan 10 min ton yük götürən gəmiləri və Xəzərdə işləyən digər tip gəmiləri qəbul etmək imkanına malikdir.Yazıda deyilir ki, yeni limanda dünya və yerli gəmiçilik şirkətləri üçün Azad İqtisadi Zona yaradılır və burada logistik, istehsal və digər növlərdə xidmətlər fəaliyyət göstərəcək.Vurğulanır ki, Azərbaycan öz coğrafi mövqeyinə görə strateji məkanda, Avropa ilə Asiyanın, Qərblə Şərqin qovşağında, Çindən Avropaya qədər uzanan tarixi İpək Yolunun üzərində yerləşir.Yazıda bildirilir ki, yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Kompleksində Ro-Ro terminalının açılışında iştirak edib. Bildirilib ki, Baş plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir.
Yazıda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevə yeni Ro-Ro terminalı barədə məlumat verilib, qeyd olunub ildə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib.
Məqalədə limanın texniki imkanları haqqında geniş məlumat verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
Ərdoğan 2019-cu ildə prezident seçkilərində namizədliyini irəli sürəcək
16.01.2018
Ermənistanda sürücülər tətil edir
15.01.2018
Gürcüstanda çörək bahalaşıb
15.01.2018
Gürcüstan Ermənistana nəfəslik açacaqmı?
15.01.2018
Ermənistanda əhalinin narazılığı artır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8181

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info