Azərbaycanlı yazarın Amerikada kitabı çap olunub
Tarix: 11.01.2018 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Tanınmış yazar, rejissor, prodüser Sevinc Səfərovanın "Günah” romanı "Sin” adı ilə Amerikada "Xlibris Publish” kitab evi tərəfindən çap edilib. Amerikada kitabı işıq üzü görən yazar ilk olaraq təəssüratlarını bizimlə bölüşdü. Bildirdi ki, okeanın o tayında, Amerikada kitab çap etmək heç də asan məsələ deyil.
 
Belə ki, orada kitab çap edən hər bir yazar araşdırılır, onların öz ölkələrində olan nüfuzu gözdən keçirilir və bütün bunlardan sonra  yazara kitab çapı üçün icazə verilir: "Kitabın mövzusuna bələd olduqdan sonra bir çox kitab evlərindən onu çat etdirilməsi üçün dəvətlər gəldi. Bu dəvətlərdən birini dəyərləndirdim.  Hər adam istədiyi zaman gəlib kitab çap edə bilməz. Bunun üçün ilk növbədə kitabda yazılan əsərin mövzusu kreativ və oxunaqlı olmalıdır. Kitabın çap müddəti bir neçə ay çəkdi.  Çox şükür ki, indi artıq satışdadır. "Xlibris Publish” kampaniyası  artıq paylaşıb və saytlarında da var”.
Böyük hədəflərinin olduğunu deyən S.Səfərova məqsədlərinə doğru addım-addım irəlilədiyini də gizlətmir: "Qarşıma məqsəd qoyuram və ona doğru gedirəm. Bundan sonra ikinci addımım o olacaq ki, kitabı Avropayda, Türkiyədə yayımlayım. Bununla paralel film çəkilişlərinə başlayacam. Kitabı burada çap etməkdə məqsədim odur ki, bu romanın ssenarisinə uyğun tammetrajlı film çəkim.  Əsas hədəfim isə "Oscar” mükafatını Azərbaycana gətirməkdir”.
 
Qeyd edək ki, Amerikada satışa çıxarılan "Sin” kitabına tanınmış detektiv yazar Çingiz Adullayev rəy bildirib. Bundan başqa dünyaca məşhur rejissor və ssenarist Ünal Küpeli "Sin” kitabına ön söz yazıb. Kitabın tərcüməsi isə Leyla Cəfərovaya məxsusdur. "Sin” kitabı iki cilddə  bərk və yumşaq üzlükdə çap olunub.  
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Rotunda Jazz Club”da dörd ölkənin musiqiçilərindən ibarət ansamblın çıxışı olub
18.10.2018
Düşənbədə “Əbədi ezamiyyət” filmi nümayiş etdiriləcək
17.10.2018
Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına müsabiqənin münsiflər heyətinə daxil edilib
17.10.2018
Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
17.10.2018
Türkiyəli teatr xadimləri Musiqili Teatrda

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info