Heydər Əliyev Beynəlxalq Aeroportu 4 milyondan çox sərnişinə xidmət göstərib
Tarix: 11.01.2018 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu 4 milyondan çox sərnişinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən  bildirilib ki, hava limanı növbəti rekorda imza atıb. 2017-ci ildə 4,06 milyon sərnişinə xidmət göstərilib. Bu ötənilki göstərici ilə müqayisədə 23 faiz çoxdur.
2017-ci ildə ümumilikdə 55 aviaşirkət müntəzəm və çarter reysləri yerinə yetirib. Heydər Əliyev Beynəlxalq Aeroportu 8 yeni aviadaşıyıcını – “Air Arabia”, “Wataniya Airways”, “ISR Air”, “Jazeera Airways”, “IrAero”, “Mahan Air”, “İkar” aviaşirkətini (“Pegasfly” brendi) və Azərbaycanın ilk loukosteri “Buta Airways”i qarşılayıb.
Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 2,2 milyon sərnişin, “Buta Airways” loukosterinin payına isə 92 min sərnişin düşüb. Eyni zamanda, 114 min tranzit, 50 min sərnişin isə çarter reysləri üzrə qeydə alınıb.
Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 46 faizi AZAL-ın və “Buta Airways”in, 54 faizi isə xarici aviadaşıyıcıların payına düşüb.
Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxil olub. 2,52 milyon sərnişin bu istiqamətlərə uçub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq “Skytrax” şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.
2017-ci ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Yüksək bal toplayan metropolitençi övladları ilə görüş keçirilib
19.10.2018
265 nəfər müharibə əlilinə minik avtomobili verilib
19.10.2018
Bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
17.10.2018
ADRA ölkəyə xaricdən yeni reklam qurğuları gətirir
16.10.2018
Astaranın Səncərədi kəndində körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10275

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info