“ABAD”la əməkdaşlıq ailə gəlirlərimizin artması üçün geniş imkanlar açır”
Tarix: 11.01.2018 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


İpəkçilik ənənələrinin qorunub saxlandığı Şəkidə kəlağayı sənəti bütün dövrlərdə yerli sakinlərin həyatında və məişətində özünəməxsus yer tutub. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən bu sənət Şəkidə nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatıb.
Şəkidə qədim kəlağayı sənətini yaşadan sənətkarlardan biri də Əmiraslan Şamilovdur. Şəkili kəlağayı ustası 10 aydır ki, “ABAD” ailəsinin üzvüdür. “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaqda əsas məqsədi istehsal etdiyi müxtəlif növ kəlağayıların Şəkidən kənarda da tanıdılmasına nail olmaq, daha geniş satış bazarına çıxmaq, eyni zamanda, gəlirlərini artırmaqdır.
Əmiraslan Şamilov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 48 ildir məşğul olduğu kəlağayıçılıq sənəti ona ulu babalarından keçib: “Atam Şövkət-Ziya Sərkərov Azərbaycanın ən tanınmış kəlağayı ustalarından biri olub. Bu sənətlə ailəliklə məşğul olmuşuq. O vaxtlar ipək istehsal etmək üçün ayrıca emalatxanamız vardı. Baramaaçan və toxucu dəzgahlarımız indi də durur. Yaş barama məhsulu tədarük edə bilsəm, hər ay 300 kiloqram ipək istehsal edərəm”.
Şəkili ustanın istehsal etdiyi kəlağayılar əsasən, “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin birinci mərtəbəsində yerləşən sənətkarlıq dükanlarından birində satışa çıxarılır. Xarici turistlər buta naxışı olan kəlağayıları həvəslə alırlar. Yay aylarında, xüsusilə bayram günlərində Şəkiyə gələn turistlərin sayı çoxaldığı üçün satışları da xeyli artır.
Sənətkarın bildirdiyinə görə, kəlağayının naxışlanması üçün taxta və dəmirdən hazırlanmış xüsusi qəliblərdən istifadə edilir. Ustada olan qəliblərin əksəriyyəti qədimdən qalmadır. Bu qəliblərdən birinin hətta 200-dək yaşı var. Vaxtilə həmin qəlib dəstində 15 ədəd qəlib olub, indi isə yalnız biri qalıb. Qəliblər hazırlanarkən milli ornamentlərə, xüsusilə buta formasında olan naxışlara üstünlük verilir. Ustanın son vaxtlar sifarışlə hazırlatdığı qəliblər arasında “Bakı-2015” birinci Avropa Oyunlarının loqosu olan narın, Qobustanın qayaüstü rəsmlərinin, muğam üçlüyünə aid tar, kamança və qavalın əks olunduğu qəliblərə də rast gəlmək mümkündür. Əmiraslan Şamilov kəlağayını naxışlayarkən müştərinin arzusuna uyğun olaraq belə qəliblərdən də istifadə edir.
Şəkili kəlağayı ustası 2015-ci və 2016-cı illərdə Heydər Əliyev Fondunun Fransanın paytaxtı Parisdə təşkil etdiyi “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən sərgilərdə də iştirak edib. Onun istehsal etdiyi zərif kəlağayı nümunələri sərginin ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Əmiraslan Şamilov deyir ki, indiyədək “ABAD”-a 100-dən çox kəlağayı təqdim edib. Bu kəlağayılar “İçərişəhər”də və “ABAD”ın sənətkarlıq mərkəzində satışa çıxarılıb. “ABAD”a qoşulmaq sənətkarın ailə büdcəsinin formalaşmasına da müsbət təsir göstərib. Kəlağayı ustası bu əməkdaşlığı gələcəkdə daha da genişləndirmək fikrindədir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info