ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib
Tarix: 11.01.2018 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən İctimai Şura 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının monitorinqini keçirib. Monitorinqdə İctimai Şuranın üzvləri: “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, həmin fondun proqram rəhbəri Nailə İsmayılova, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Nurəddin Heydərov, təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, Şəmsi Əsədullayev Xeyriyyə İctimai Birliyinin icraçı direktoru Cəsarət Hüseynzadə, ADPU-dan İctimai Şuranın üzvü, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyev və KİV nümayəndələri iştirak ediblər. Monitorinqin keçirilməsində məqsəd ictimaiyyəti ADPU-da payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı geniş və ətraflı məlumatlandırmaq olub. Qeyd etmək lazımdır ki, ölkəmizdə həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biri olan ictimai iştirakçılığın miqyasının genişləndirilməsinə və bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən bu monitorinqlərin ADPU-da ardıcıl keçirilməsinə xüsusi diqqət yetirilir.
Monitorinqdən öncə ADPU-nun rektoru, professor Cəfər Cəfərov İctimai Şuranın üzvləri və KİV nümayəndələri ilə görüşüb. Rektor bildirib ki, müəllim hazırlığı ölkənin milli təhlükəsizlik məsələsidir. ADPU-da həyata keçirilən yeniliklər, islahatlar məhz ölkəmiz üçün yüksəkixtisaslı pedaqoji kadrlar hazırlanmasına xidmət edir. Təhsilin məzmununun yenilənməsi və keyfiyyəti əsas diqqət mərkəzindədir. Universitetdə infrastrukturun yenilənməsinə, maddi-texniki bazanın gücləndirilməsinə, idarəetmənin optimallaşdırılmasına və insan resurslarının inkişaf etdirilməsinə böyük önəm verilir.
Sonra payız semestrinin imtahan sessiyası barədə məlumat verən rektor qeyd edib ki, Azərbaycan Respublikasının Təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 19 dekabr 2017-ci il tarixli 438 nömrəli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb. ADPU-da bu əmrin icrası ilə bağlı payız semestrinin imtahan sessiyasında yazılı və VTS-TEST sistemi üzrə tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apelyasiya Komissiyası, həmçinin fakültələr, Magistratura və doktorantura şöbəsi üzrə apelyasiya komissiyaları yaradılıb, fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilib. Sessiyanı normal mənəvi-psixoloji şəraitdə, obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb, imtahanların keçirilməsi üçün lazımi sənədlər tələblərə uyğun hazırlanıb. İmtahan sessiyasının təşkil edilməsi və keçirilməsi üçün bütün fakültələrin əməkdaşlarından ibarət olan İşçi qrupu yaradılıb. Apelyasiya Komissiyası ADPU-nun Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində, 247 nömrəli otaqda fəaliyyət göstərir. Apelyasiya Komissiyasının telefon nömrəsi 498-17-94-dür. Apelyasiya Komissiyasının sədri dosent Zahir Kazımovdur. Eyni zamanda universitetdə İmtahan Qərargahı yaradılıb. İmtahan Qərargahı və qaynar xətt (qaynarxett@adpu.edu.az.) də universitetin Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində, 204 nömrəli otaqda fəaliyyət göstərir. İmtahan Qərargahının telefon nömrəsi 498-19-04-dür. İmtahan Qərargahının rəhbəri dosent Rasim Şükürovdur. Bunlarla yanaşı, imtahanlara buraxılma, imtahanların təşkili, keçirilməsi qaydaları, imtahan koordinatorların vəzifələri, hüquqları və tələbələrin imtahanın gedişində hansı hərəkətlərə yol verməmələri barədə elanlar vurulub. İmtahan Qərargahının və Apelyasiya Komissiyasının əlaqə telefonları bütün tələbələrə elan edilib və universitetin saytında yerləşdirilib. İmtahan Qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə çevik araşdırılıb təmin edilməsi, imtahanların təşkilində və gedişində mənfi hallara yol vermiş şəxslər barədə universitetin rəhbərliyinə mütəmadi məlumat verilməsi tapşırılıb. Fakültələr, eləcə də Magistratura və doktorantura şöbəsi üzrə imtahanların gedişinə nəzarət edəcək imtahan rəhbərlərinin, nəzarətçi-müəllimlərin, apelyasiya komissiyalarının tərkibi müəyyən edilib. Tələbələrin imtahan sessiyasının gedişi ilə bağlı rəylərini öyrənmək, baş verə biləcək mənfi halların qarşısını almaq məqsədilə universitetdə “Arzu və təkliflər qutusu” hazırlanıb, tələbələrin öz fikirlərini bildirmələri üçün şərait yaradılıb.
İmtahan rəhbərləri və nəzarətçi-müəllimlər qeyri-ixtisas sahibləridir. İmtahanlar hər gün saat 9:00-da başlayır, 17:30-da bitir. Yazılı imtahanlar gün ərzində 3 dəfə- saat 9:00, 12:00, 15:00-da keçirilir. Test üsulu ilə hər 45 dəqiqədən bir imtahanlar keçirilir. Gün ərzində ümumilikdə təxminən 3000 nəfər tələbə yazılı və test üsulu ilə imtahan verir. Payız semestrinin imtahan sessiyasının əyani təhsil forması üzrə yanvarın 5-dən fevralın 1-dək, qiyabi təhsil forması üzrə isə yanvarın 5-dən 18-dək keçirilməsi nəzərdə tutulub.
Magistratura təhsil səviyyəsində magistrantların imtahanları yazılı şəkildə aparılır. Hər iki təhsil səviyyələrinin əyani və qiyabi təhsil formaları üzrə imtahanlar İmtahan, monitorinq və qiymətləndirmə şöbəsi tərəfindən tərtib edilmiş və təsdiqlənmiş xüsusi cədvəl əsasında təşkil olunur. İmtahan cədvəlində hər bir imtahana hazırlaşmaq üçün tələbələrə 2 gündən az olmayaraq, vaxt ayrılır. İmtahanlar əvvəlcədən təyin edilmiş auditoriyalarda keçirilir. Qeyd edək ki, sessiya müddətində unversitetdə təhsilin bakalavriat səviyyəsi üzrə 367 qrupda 565 fəndən (qiyabi təhsil forması üzrə12 qrupda 33 fənn, əyani təhsil forması üzrə 355 qrupda 532 fənn) imtahan keçirilməsi nəzərdə tutulur. Magistratura səviyyəsində isə 52 qrupda təqribən 312 fəndən imtahan keçiriləcək. Yekun etibarilə 419 qrupda 877 fəndən imtahanların keçirilməsi nəzərdə tutulur.
İmtahan zallarında yanaşı oturan müxtəlif fakültələrin tələbələri ayrı-ayrı fənlərdən imtahan verirlər. Bu da onların bir-birinə kömək etmələrinin qarşısını alır. İmtahanların nəticələrinin təlimata müvafiq olaraq tələbələrə çatdırılması təmin edilir. İmtahanların keçirildiyi binada qayda-qanunlara riayət olunmasını təmin etmək üçün professor-müəllim heyətinin tərkibindən fakültələr üzrə növbətçilər müəyyənləşdirilib. ADPU-nun filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinə və rektorluğa məlumat verirlər.
Qeyd etmək lazımdır ki, ötən tədris ilindən başlayaraq ADPU-ya qəbul olunmuş I tədris ilinin tələbələrinin və arzu edən digər tədris ilinin tələbələrinin kollokvium və semester imtahanları yazılı qaydada aparılır. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək etməkdir. Digər tədris ili tələbələri isə Kompüter Mərkəzində elekron-test üsulu ilə imtahan verirlər. Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaqlar ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanlarının nəticələri ADPU-nun İnternet saytına yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr fakültələr və universitet üzrə yaradılmış apelyasiya komissiyalarına, həmçinin İmtahan Qərargahına müraciət edə bilərlər. Eyni zamanda valideynlərlə əlaqələrin yaradılmasına, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və KİV nümayəndələrinin ADPU-da olaraq imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilir ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə dolğun təsəvvürün formalaşdırılmasına xidmət edir.
Rektor Cəfər Cəfərov çıxışının sonunda universitetdə həyata keçirilən yeniliklərə və islahatlara dəstək verən vətəndaş cəmiyyəti nümayəndələrinə və KİV əməkdaşlarına təşəkkür edib.
Sonra İctimai Şuranın üzvləri, KİV nümayəndələri imtahan keçirilən zal və auditoriyalarda olaraq imtahan prosesini, həmçinin imtahan yazı işlərinin kodlaşdırıldığı otaqlarda olaraq imtahan yazı işlərinin yoxlanılmasını, Apelyasiya Komissiyasının və İmtahan Qərargahının fəaliyyətini müşahidə edərək, imtahan vermiş tələbələrlə söhbət ediblər. Tələbələr şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər. Sonda İctimai Şuranın üzvləri imtahan sessiyasının qanun çərçivəsində, şəffaf və ədalətli keçirildiyini vurğulayaraq tələbə-gənclərə uğurlar arzulayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
14.12.2018
“Bakcell” sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib
14.12.2018
Bilik Fondu Moskvada keçirilən Assambleyada təmsil olundu
14.12.2018
Tələbələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər
14.12.2018
Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


17.12 00:33 Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:46] Tbilisi, 16 dekabr, AZƏRTAC Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 16-da Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın daha da genişlənməsindən məmnunluq ifadə olunub, bu işdə dövlətlərimizin başçılarının rolu xüsusi qeyd olunub. Görüşdə regionda və dünyada gedən proseslər, iki ölkənin regionda və dünyada artan nüfuzu, birgə həyata keçirilən layihələr və s. məsələlər də müzakirə olunub. Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov görüşdə iştirak edib. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin AddThis Sharing Buttons Share to FacebookShare to TwitterShare to Çap etShare to Daha Çox MÜƏLLİFLƏ ƏLAQƏ Bölmənin digər xəbərləri 12.12.2018 [12:48] NATO Baş komandanı ilə Rusiya Baş Qərargah rəisinin görüşünün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir 12.12.2018 [12:40] Xələf Xələfov: Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir VİDEO 07.12.2018 [12:46] Azərbaycanın xarici işlər naziri ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 06.12.2018 [21:21] Türk Şurasının növbəti Zirvə toplantısı gələn il Azərbaycanda keçiriləcək 1 / 1 MULTİMEDİA VİDEO İNFOQRAFİKA Misirdə 4400 illik məzar aşkar olunub 16.12.2018 [19:57] Misirdə 4400 illik məzar aşkar olunub İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb 16.12.2018 [15:48] İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub 16.12.2018 [15:34] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub Sabahdan hava qeyri-sabit keçəcək 16.12.2018 [14:32] Sabahdan hava qeyri-sabit keçəcək Bütün Videolar SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [18:15] Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:34] Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [15:42] Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [07:41] Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək 16.12.2018 [01:25] On bir ayda mebel istehsalı iki dəfədən çox artıb 15.12.2018 [18:06] Bu il ölkədən 244,3 min ton kimya sənayesi məhsulları göndərilib ELM VƏ TƏHSİL ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib 15.12.2018 [11:21] Elmə həsr edilmiş nurlu ömür 14.12.2018 [21:18] “Bir” Tələbə-Könüllü Proqramı milli könüllü platformasıdır 14.12.2018 [19:10] Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə təsiri araşdırılıb MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [08:18] “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 15.12.2018 [22:04] Portuqaliya klassik musiqisi ilə muğamın sintezi 15.12.2018 [20:21] Akademik Opera və Balet Teatrında “Karmen” operası təqdim edilib TURİZM Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 13.12.2018 [15:41] Azərbaycanın xarici ölkələrdə rəsmi turizm nümayəndəlikləri açılıb 07.12.2018 [17:58] Şimali Qafqaz və Azərbaycan kurortları arasında əməkdaşlıq inkişaf edir 06.12.2018 [19:10] AZTA ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb SƏHİYYƏ Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər 15.12.2018 [11:22] Son iki ay yarımda 46 nəfər dəm qazından zəhərlənib 14.12.2018 [18:35] Azərbaycan Tibb Universitetində daha 6 şöbənin hesabatı dinlənilib 14.12.2018 [15:19] Uşaqlarda nitq qüsurları EKOLOGİYA Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [13:59] Sabahın hava proqnozu açıqlanıb 15.12.2018 [17:51] “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına “ASAN xidmət” də qoşuldu 15.12.2018 [16:23] Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 15.12.2018 [18:38] Badamdar sürüşmə sahəsində əlavə beş drenaj quyusunun qazılmasına başlanılıb 15.12.2018 [17:16] İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub Xəbərin mətnində orfoqrafik səhv var SON XƏBƏRLƏR [00:00] DÜNYA Salome Zurabişvili: Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün dünyaya lazımdır 16.12.2018 [23:20] İDMAN Türkiyə Superliqası: “Beşiktaş” komandası “Trabzonspor”la oyunda hesabı son dəqiqələrdə bərabərləşdirməyi bacarıb 16.12.2018 [22:51] DÜNYA Güclü sel və daşqınlar Antalya və Bodrumda böyük fəsadlar yaradıb 16.12.2018 [22:46] SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:22] İDMAN İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Yunayted”i məğlub edərək liderliyi qoruyub 16.12.2018 [22:11] DÜNYA Əbu-Dabi polisi dəvələrin üstündə patrul xidməti aparacaq 16.12.2018 [21:30] İDMAN Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”ni məğlub edib 16.12.2018 [21:03] DÜNYA ABŞ bir əsr bundan əvvəl apardığı kilsə zənglərini Filippinə qaytarıb 16.12.2018 [20:15] DÜNYA Qırğızıstanda avtomobil qəzası dörd nəfərin həyatına son qoyub 16.12.2018 [19:48] MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [19:00] İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [18:15] SİYASƏT Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:49] DÜNYA İndoneziyanın Sulavesi adasındakı Soputan vulkanı püskürüb 16.12.2018 [17:34] SİYASƏT Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [17:12] DÜNYA Lvovda sərnişin avtobusu qəzaya uğrayıb, azı 4 nəfər ölüb 16.12.2018 [16:41] İDMAN “Qəbələ” doğma meydanda “Sabah”ı minimal hesabla məğlub edib 16.12.2018 [16:09] DÜNYA Yaponiyada mübahisəli adalarla bağlı sorğu keçirilib 16.12.2018 [15:42] SİYASƏT Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib 16.12.2018 [15:18] DÜNYA İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ olub 16.12.2018 [14:52] DÜNYA İraqın şimalında daha 10 terrorçu məhv edilib 16.12.2018 [14:40] CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [14:12] CƏMİYYƏT Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [14:07] SİYASƏT Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:59] CƏMİYYƏT Sabahın hava proqnozu açıqlanıb 16.12.2018 [13:30] İDMAN Bu gün Azərbaycan kubokunda dörddəbir final mərhələsinə yekun vurulacaq 16.12.2018 [13:16] İDMAN Roberto Bordin: Yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik 16.12.2018 [13:06] DÜNYA Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [13:02] SİYASƏT Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 16.12.2018 [12:00] CƏMİYYƏT Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 16.12.2018 [10:46] SİYASƏT Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir VİDEO 16.12.2018 [10:09] REGİONLAR Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [09:40] DÜNYA Çində 5,7 bal gücündə zəlzələ olub 16.12.2018 [08:46] DÜNYA Yaponiya Çinin 5G texnologiyalarını ölkəyə buraxmamağa çalışır 16.12.2018 [08:18] MƏDƏNİYYƏT “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 16.12.2018 [07:41] İQTİSADİYYAT Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək ƏN ÇOX OXUNAN 16.12.2018 [14:12] Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [03:40] Bu gün Gürcüstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçiriləcək 16.12.2018 [13:06] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [10:09] Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür Prev Next Mo Tu We Th Fr Sa Su 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 MÜSAHİBƏ 16.12.2018 [14:07] Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:02] Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 15.12.2018 [10:30] General-leytenant Rəşad Sadiqov: düşmənlə üz-üzə səngərdə durmaq Azərbaycan sərhədçisi üçün böyük şərəfdir 13.12.2018 [19:07] Ələkbər Mustafayev: “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin reallaşdırdığı layihələr 8 mindən çox gənci əhatə edib ANALİTİKA 15.12.2018 [13:00] Yüz iyirmi ilin qiymətli ekran əsərləri və ya böyük tarixi olan Azərbaycan kinematoqrafiyası 12.12.2018 [12:01] Azərbaycanın özü qədər əbədi LİDER 11.12.2018 [12:27] Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin inkişaf konsepsiyası dayanır 08.12.2018 [15:52] Dünyaya sığmayan şairə sığınan dünya BU MARAQLIDIR 15.12.2018 [14:24] Kanada vergi sistemi 11.12.2018 [16:08] İrlandiyada vergi sistemi 08.12.2018 [18:02] Yaponiyada miras qalan evlərə sahiblik etmək istəyən yoxdur 06.12.2018 [15:14] Astronomlar qara dəlikdən qalaktikalara yayılan güclü işıq selini tədqiq edirlər
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info