“Ölkəmiz İslam dünyasında özünün uzlaşdırıcı, barışdırıcı və sülhpərvər mövqeyi ilə nümunəyə çevrilib”
Tarix: 11.01.2018 | Saat: 16:54:00 | E-mail | Çapa göndər
Amil Cavadov: “2017-ci il Azərbaycanın İslam mədəniyyətinin təbliği və təşviqi, ənənələrinin qorunması, İslam dininin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması və ən əsası, İslamı gözdən salmağa çalışan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması işinə verdiyi töhfələrlə tarixə düşdü”

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri də İslam həmrəyliyi və multikulturalizmlə bağlı idi. Doğrudan da Azərbaycan dünyada həm İslam həmrəyliyinin gücləndirilməsi, həm də multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir. Ötən il də bu sahədə bir sıra vacib işlər görüldü, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi isə İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu. Yola saldığımız ilin “İslam Həmrəyliyi İli” elan edilməsi göstərir ki, Azərbaycan xalqı öz tarixi, dini köklərinə bağlıdır. Ümumiyyətlə Azərbaycan tolerantlıq mayakına çevrilib və ölkəmizdə əsrlərə söykənən multikultural dəyərlər mövcuddur. Bu gün də da bütün dinlərin, millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayır.

Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Amil Cavadov deyir ki, Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir:
“Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi “Multikulturalizm İli”nin məntiqi davamı olmaqla yanaşı, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, uğurlu siyasi, ideoloji addım idi. Bu sərəncam dövlət başçımızın İslam dininə, müsəlman dünyasına verdiyi yüksək dəyərin göstəricisidir. Ancaq cənab Prezidentin də qeyd etdiyi kimi, İslam həmrəyliyi dedikdə müsəlman dünyasında həmrəylik nəzərdə tutulmamalıdır. O, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında harmoniyanı özündə ehtiva edir. Ötən il baş verən hadisələr müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn ölkə rəhbərimizin sözügedən Sərəncamının əhəmiyyətini əyani şəkildə ortaya qoydu. Acı olsa da, etiraf etməliyik ki, İslam dünyasında bəzi məsələlərlə əlaqədar ziddiyyətlər, fikir ayrılıqları, hətta ayrı-ayrı müsəlman ölkələri arasında qarşıdurmalar var. Məsələnin ən ağrıverici tərəfi odur ki, bəzi hallarda bu problemlərin kökündə məzhəb, yaxud təriqət fərqliliyi dayanır. Azərbaycan isə bütün müsəlman ölkələri ilə xoş münasibətlər qurub. Məhz bu özəlliyi sayəsində ölkəmiz İslam dünyasında özünün uzlaşdırıcı, barışdırıcı və sülhpərvər mövqeyi ilə nümunəyə çevrilib. Cənab Prezidentin də dediyi kimi, “Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz”.
“İslam Həmrəyliyi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirilən layihələrin, təşkil olunan genişmiqyaslı konfransların, tədbirlərin və görüşlərin nəticələrini təhlil etsək, əminliklə deyə bilərik ki, 2017-ci il Azərbaycanın İslam mədəniyyətinin təbliği və təşviqi, ənənələrinin qorunması, İslam dininin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması və ən əsası, İslamı gözdən salmağa çalışan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması işinə verdiyi töhfələrlə tarixə düşdü”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
“ASAN xidmət” Monteneqro mətbuatında
16.01.2018
“Braziliya Dünya Kubokunu qazana bilər”
15.01.2018
Azərbaycanın turizm imkanları Ukraynanın yüksək reytinqli televiziya kanalında 
13.01.2018
“Neymarın PSJ-yə keçidi geriyə addımdır“
11.01.2018
“Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır“

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8181

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info