“Cücələrim“ uşaq ansamblı qalib olub
Tarix: 11.01.2018 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Yenidən yaradılan əfsanəvi "Cücələrim" uşaq ansamblı Rusiya paytaxtında keçirilən müsabiqədə birinci yeri tutub.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Jizn qorodov" festivalı komitəsi, Moskva şəhəri Mədəniyyət Departamenti və Moskva Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə keçirilən "Milad ulduzları" adlı festivalında iştirak edən "Cücələrim" ansamblı "Xoreoqrafiya-milli rəqslər" nominasiyasında ilk yeri qazanıb.
 
Müsabiqədə "Cücələrim" ansamblı bəstəkar Tofiq Quliyevin "Qaytağı suitası" əsasında kompozisiyanı təqdim edib. 
 
Qaliblərə müsabiqənin diplomu və kubok təqdim olunub. 
 
Azərbaycan Təhsil Nazirliyi yanında uşaq və gənclərin inkişafı Respublika Mərkəzinin direktoru Firuzə Sultanzadə ansamblın üzvlərinə və xoreoqraf-pedaqoqlara bu qələbəyə görə təşəkkürünü bildirib: "Əlimizdən gələni edəcəyik ki, uşaqlarımız daha çox xaricdə keçirilən festivallarda iştirak etsinlər".
 
"Milad ulduzları" festival-müsabiqədə Rusiyanın müxtəlif şəhərlərindən və xarici ölkələrdən olan uşaqlar iştirak ediblər. Festivalın məqsədi incəsənətin müxtəlif janrlarının gözəlliyini və təkrarolunmazlığını göstərmək, çoxmillətli Rusiyanın və xarici ölkələrin uşaqlarının yaradıcılıqları ilə tanış etmək olub. 2500-dən çox iştirakçının akkreditə olduğu festivalda münsiflər heyətində Rusiyanın "Bolşoy teatr"ının aparıcı solistləri, tanınmış mədəniyyət xadimləri və Rusiyanın estrada ulduzları təmsil olunublar.
 
"Cücələrim" ansamblının üzvləri Azərbaycanın Rusiyadakı səfirliyində qəbul olunub. Onlar üçün xüsusi proqram hazırlanıb. 


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Festivalın bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
24.09.2018
İsa Həbibbəyli: “Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib”
24.09.2018
Ukraynanın Lvov şəhərində etnik millətlərin mədəniyyət forumu keçirilib
23.09.2018
Adanada Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə mərasim başlanıb
23.09.2018
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info