Almaniyadan daha bir antiamerikan mövqe
Tarix: 11.01.2018 | Saat: 20:16:00 | E-mail | Çapa göndər
Polis Polşadan gələn və ABŞ-a məxsus hərbi texnikanın daşındığı konvoyu saxlayıb

Almaniyada yol polisi Polşadan gələn və ABŞ-a məxsus hərbi texnikanın daşındığı konvoyu saxlayıb. Amerikalıların yolboyu törətdikləri çoxsaylı pozuntulara görə, polis tərəfindən onların yürüşünə məhdudiyyət qoyulub. Bu barədə xəbəri federal Saksoniya əyalətinin polisi yayıb.
Məlumata görə, konvoy altı nəfərlik amerikalının müşayiəti ilə hərbi texnikanı ABŞ ordusunun təyinatı yerinə çatdırmalı idi. Ancaq Bautsen şəhəri yaxınlığında alman polisi amerikalılardan ibarət nəqliyyat konvoyu dayandırmaq məcburiyyətində qalıb. Aparılan yoxlama zamanı daşınma üçün zəruri olan sənədlərin də olmadığı meydana çıxıb. Bundan əlavə, yoxlama zamanı amerikalı sürücü alman qaydalarına tabe olmayıb. Amerika konvoyu xüsusi parkda nəzarətə götürülüb. Onların hərəkəti polisin bütün tələbləri yerinə yetirildikdən sonra davam edə bilər.

Brandenburq federal əyalətinin baş naziri Ditmar Voydke amerikalı hərbçiləri qarşılamaqdan imtina edib

Bundan əlavə, polis ABŞ ordusunun konvoyunu cərimə də edib. Bu, ABŞ ordusu ilə bağlı ilk faktdır. İndiyə qədər ABŞ ordusuna məxsus yüklər Almaniya ərazisində sərbəst daşınırdı. Amma son vaxtlar ABŞ-la Almaniya arasında münasibətlər soyuduğundan, polis amerikalılardan sənəd tələb etməyə başlayıb. “Potsdamer Neuste Nachrichten” nəşri yazır ki, şərq əyaləti şakinlərində ABŞ hərbçilərinə qarşı "aşkar antiamerikan" mövqe var. Brandenburq federal əyalətinin baş naziri Ditmar Voydke də amerikalı hərbçiləri qarşılamaqdan imtina edib. Voydke bildirib ki, ABŞ-dan olan hərbçilər Brandenburqa gələcəyi təqdirdə o “Abrams M1” tankına qalxmaq niyyətində deyil: “Mən küçədə dayanıb onlara əl yelləməyəcəm”. O, hesab edir ki, Amerika tanklarının burada olması Almaniya üçün heç bir perspektiv vəd etmir. Siyasətçi Rusiya ilə dialoqun davam etdirilməsinin vacib olduğunu söyləyib. Onun fikrincə, Berlin Moskva ilə yaxşı münasibətləri saxlamaq üçün tarixi məsuliyyət daşıyır: “AFR və ADR Sovet İttifaqının razılığı olmadan heç vaxt birləşə bilməzdi. Biz bütün bunları çox tez unutduq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
“Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyir”
25.04.2018
Səudiyyə Ərəbistanı kralından böyük jest
25.04.2018
Türkiyə XİN Trampa ermənilərin 500 mindən çox türkü öldürməsini xatırlatdı
25.04.2018
Tramp da erməniləri məyus etdi - “soyqırımı“ demədi
24.04.2018
AŞPA Türkiyəni seçkiləri təxirə salmağa çağırıb

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9092

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 İlham Əliyevin andiçmə mərasimi olub
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 “Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib”
5 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info