“İRS” jurnalının AXC-nin 100 illiyi ilə əlaqədar fransız dilində xüsusi nömrəsi nəşr olunub
Tarix: 12.01.2018 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Azərbaycan həqiqətləri, tarixi və mədəniyyəti haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu olan “İRS” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş xüsusi nömrəsi fransız dilində nəşr edilib.
Jurnalın bu nömrəsində baş redaktor Musa Mərcanlının Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ön sözü yer alıb. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin jurnalda dərc olunmuş “Azərbaycan-Fransa tərəfdaşlığı: yeni mərhələ üçün yeni məqsədlər” adlı məqaləsində iki ölkə arasında əlaqələrin inkişafından, perspektivlərindən, eləcə də ölkəmizin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilib. Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin ikinci maliyyə naziri olmuş Əbdüləli bəy Əmircanovun nəvəsinin müsahibəsi dərc olunub. Alev Ebuziyya-Siesbye bolşeviklərin hakimiyyətə gəlişindən sonra babasının Türkiyəyə getməsindən, pərən-pərən düşmüş ailə üzvlərinin çəkdiyi əziyyətlərdən danışıb. Nəşrdə yer almış digər məqalə Azərbaycan diasporunun fəaliyyətindən bəhs edir. Günel Səfərova və Fidan Xəlilovanın həmmüəllifləri olduğu “Fransada Azərbaycan diasporu: keçmiş, bu gün və perspektivlər” adlı məqalədə Paris Sülh Konfransında iştirak etmiş həmvətənlərimizdən söz açılıb. “İRS” jurnalının bu xüsusi nömrəsi fransızdilli oxuculara Azərbaycan, onun tarixi, coğrafiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ atları, ölkəmizin multikultural məkan olması haqqında geniş məlumat verilir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Festivalın bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
24.09.2018
İsa Həbibbəyli: “Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib”
24.09.2018
Ukraynanın Lvov şəhərində etnik millətlərin mədəniyyət forumu keçirilib
23.09.2018
Adanada Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə mərasim başlanıb
23.09.2018
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info