Ukraynada qızılca xəstəliyinə yoluxanların sayı durmadan artır
Tarix: 12.01.2018 | Saat: 02:42:00 | E-mail | Çapa göndər


Ukraynada yanvarın əvvəlindən yayılan qızılca xəstəliyi artıq bir uşağın ölümünə səbəb olub.
AZƏRTAC xəbər verir ki, Odesssa vilayəti Dövlət Administrasiyasının səhiyyə departamentinin direktoru Vyaçeslav Polyasnının məlumatına görə, Belqorod-Dnestrov rayonunda 5 yaşlı uşaq qızılca xəstəliyindən ölüb. Uşağın ölümünə səbəb xəstəxanaya gec müraciət edilməsi olub.
Qızılca xəstəliyi artıq Ukraynanın iri şəhərlərində də yayılıb. Təkcə son 11 gündə paytaxt Kiyevdə 66 nəfər qızılca xəstəliyi ilə bağlı xəstəxanaya müraciət edib. Onlardan 55-i uşaqdır. Xəstəliyin yayılması ilə əlaqədar Kiyevdə səyyar sirkin fəaliyyəti dayandırılıb. Kütləvi tədbirlərin keçirilməsi isə məhdudlaşdırılıb. Bu məhdudlaşdırma azı 30 gün davam edəcək.
Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, qızılca xəstəliyinin yayılmasının əsas səbəbi valideynlərin uşaqlarını bu xəstəliyə qarşı peyvənd etdirməməsidir. Nazirlik xəstəliyin yayılmaması üçün uşaqların peyvənd edilməsini vacib sayır.




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
Axşam yeməyi yuxudan 3-4 saat əvvəl qəbul edilməlidir
13.10.2018
Şəkərli diabet xəstəliyinin ağırlaşmalarına həsr olunan konfrans keçirilib
12.10.2018
Uşaqlara bol süd verin
10.10.2018
Soyuqdəymədən qorunmaq üçün 6 effektli üsul
08.10.2018
Plastik qablarda turşu qoymaq təhlükəlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10251

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info