Qışda da arıqlamaq mümkündür
Tarix: 12.01.2018 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Payız aylarında orqanizm yavaş-yavaş soyuqlara hazırlaşmağa başlayır: çəki artır, passivlik çoxalır. Qış fəsli yaxınlaşdıqca dərialtı piyin əmələ gəlməsi prosesi fəallaşır və bunun nəticəsində orqanizm həmin dövrdə özünü enerji ehtiyatı ilə təmin edir.
AZƏRTAC xəbər verir ki, soyuq vaxtlarda vitamin və qidalı maddələrin çatışmazlığı yaranır. Ona görə də gündəlik rasionun cüzi azalması fiziki və psixi cəhətdən neqativ təsir göstərir. Piy toxuması iştahanın, bədən çəkisinin, reproduktiv funksiyaların və hətta psixi sağlamlığın requlyasiyasında iştirak edən leptin hormonunu hazırlayır. Çəkinin kəskin azalması isə hormonal tarazlığın pozulmasına aparıb çıxarır. Artıq çəki narahatlığa səbəb olur və pəhrizlərə meyli artırır. Qış mövsümündə pəhrizlərə daha ehtiyatlı yanaşmaq lazımdır. Elə pəhriz seçmək lazımdır ki, orqanizmin fəaliyyətini pozmasın və uğurlu nəticələr versin.
Artıq çəkidən azad olmaq üçün gündəlik qida rasionundan başlamaq lazımdır. Təklif olunan ilk xörək şorbadır. Şorba mədəyə doluluq hissi verərək onun divarındakı xüsusi reseptorları aktivləşdirir və onun dolması haqda siqnal verir. Nəticədə iştaha azalır və ikinci yemək həmişəkindən 20-40 faiz az yeyilir. Yağsız ət şorbalarına, tərəvəz bulyonlarına üstünlük vermək daha yaxşıdır. Məsələn, 1,5 litr su, 2-3 ədəd kök, 2 pomidor, bir neçə kərəviz və kəvər yarpaqlarından ibarət bulyon hazırlayıb içərisinə bir azca kəklikotu, zirə və keşniş qatmaq olar.
İkinci yemək adətən daha kalorili olur. Onu hazırlayarkən yüngül mayonez, yağsızlaşdırılmış süd, smetan və kəsmikdən istifadə etmək olar. Kartof qızardarkən kərə yağı bitki ilə əvəz edilməlidir. Həmin qaydalara əməl edilməsi ziyan vermir və soyuq qış aylarında dərinin su-lipid tarazlığını qoruyur. Yeməyə qatılan müxtəlif ədviyyatlar isə həzm şirəsinin hazırlanmasını sürətləndirir, maddələr mübadiləsini fəallaşdırır, nəticədə qida tam həzm olunur və yağ toplanmır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür
12.09.2018
Çin pilotsuz metro qatarı təqdim edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info