Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 km-lik hissəsi yenidən qurulub
Tarix: 12.01.2018 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Respublikanın avtomobil yolları şəbəkəsinin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 05 aprel tarixli 2802 nömrəli Sərəncamı ilə ölkənin cənub-qərb magistral avtomobil yolunun (M6) tərkib hissəsinə aid olan Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 km-lik (113-177) hissəsinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib - I hissə 113-138 km arası məsafəni, II hissə isə 138-177 km məsafəni əhatə edir.
Yenidənqurma işləri çərçivəsində yol boyu könnə asfalt-beton örtüyün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb, daha sonra yol yatağı və yol əsası inşa edilib. Torpaq işləri bitəndən sonra yolun asfaltlanması işlərinə başlanılıb. Ümumilikdə yolun 500 min m2-dən çox hissəsinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənib.
III texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun hərəkət hissələrinin hər birinin eni 4 metr, çiyinlərin 2 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edir.
Bundan başqa yenidən qurulan yolun üzərində yerləşən 9 ədəd 2 aşırımlı, uzunluqları 24-36 metr olan avtomobil körpülərinin əsaslı şəkildə təmiri də yekunlaşdırlıb. Təmir işləri çərçivəsində körpünün hərəkət hissələrinin eni 10-12 metrə qədər genişləndirilib. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin yol boyu rahat və maneəsiz hərəkətini təmin edib.
Layihəyə uyğun olaraq yol boyu 38 ədəd müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib və 30 ədəd avtobus dayanacağı quraşdırılıb. Hərəkətin normal təşkili üçün yol boyu 2710 ədəd siqnal dirəkləri, 515 ədəd yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfiqi nişanlanma xətləri çəkilib. Layihənin reallaşdırılması birbaşa olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə həyata keçirilib.
Qeyd edək ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür. Magistral yolun 64 km-lik hissəsinin yenidən qurulması ilə artıq Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yol boyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub yük və sərnişin daşıması asanlaşıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Özəl tibb müəssisələri vergidən yayınır
13.12.2018
Prezident 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
13.12.2018
Azərbaycanın neft istehsalını azaltmaqla bağlı öhdəliyi AÇG-dəki hasilata təsir etməyəcək
13.12.2018
Hazırda “Şahdəniz-2” yatağındakı 4 quyudan təbii qaz çıxarılır
13.12.2018
BP və tərəfdaşları Azərbaycandakı layihələrə 72 milyard dollardan çox sərmayə yatırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 “Ermənistan iqtisadiyyatı böhrandan çıxa bilmir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info