Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı İtaliya mətbuatında
Tarix: 12.01.2018 | Saat: 13:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə yanvarın 9-da Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı İtaliya mətbuatında geniş işıqlandırılıb.
İtaliyanın “Trend Online”, “Milano Finanza”, “Oggi Treviso”, “Treviso Today”, “Fta Online”, “İrepi”, “Agenzia Nova” və digər kütləvi informasiya vasitələri tərəfindən yayılmış məqalələrdə yeni terminalın əhəmiyyəti, yük qəbul etmə qabiliyyəti və texniki göstəriciləri haqqında məlumat verilir. Həmçinin terminalda logistik əməliyyatların idarə edilməsində İtaliyanın “DBA Group” şirkətinin iştirakından bəhs edilir.
Məqalələrdə yeni terminalın ildə 2 milyon ton yük və ya 60 min yük maşını qəbul etmək imkanına malik olduğu bildirilir. Qeyd olunur ki, terminalda bütün logistik əməliyyatların idarə edilməsi “DBA Group” tərəfindən yaradılmış Port-Line proqram təminatı vasitəsilə həyata keçirilir və Port-Line Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tranzit yüklərin maneəsiz daşınmasının asanlaşdırılması məqsədilə prosesin tam avtomatlaşdırılmasını nəzərdə tutur.
Yazılarda, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tikilməkdə olan yeni sərnişin terminalının əhəmiyyətindən söz açılır. Bildirilir ki, terminalın Xəzər dənizində yerləşən limanlardan gələn və həmin limanlara qayıdan bütün sərnişin və yüklərin daşınmasına xidmət etməsi nəzərdə tutulur.
Məqalələrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının azad ticarət zonası olduğu və bununla istehsalçılar üçün İpək Yolu boyunca müasir təchizat zəncirinin mərkəzi rolunu oynayacağı bildirilir. Limanda tətbiq olunan müasir sistem sayəsində Avrasiya ölkələrini vahid “logistik pəncərə” vasitəsilə birləşdirməyin mümkün olacağı, o cümlədən yüksək dəyərə malik yeni xidmətlərin yaradılacağı, onların da öz növbəsində yeni bazarlar yaradacağı qeyd olunur. Limanın ikinci fazasının tam inşasından sonra isə illik yük qəbuletmə qabiliyyətinin 25 milyon tona çatacağı vurğulanır.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
BMT ABŞ-a etiraz edib
19.06.2018
İsveçdə silahlı insident nəticəsində ölənlərin sayı artıb
18.06.2018
Yaponiya hökuməti immiqrasiya qanununa dəyişikliklər edəcək
17.06.2018
Yunanıstan müxalifəti Tsipras hökumətinı istefaya göndərə bilməyib
15.06.2018
Rusiya ABŞ Donanmasını “batırmaqla“ təhdid edir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9426

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
3 Nə Vətən məndən doydu, nə mən Vətəndən…
4 Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
5 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info