YAP Şərur rayon təşkilatı üzvlərinin 31 faizi gənclərdir
Tarix: 12.01.2018 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatının 87 ərazi ilk partiya təşkilatı 10 min 424 partiya üzvünü öz ətrafında birləşdirir. Partiya üzvlərinin 3 min 81 nəfərini, yəni 29,5 faizini qadınlar, 3 min 238 nəfərini, yaxud 31 faizini gənclər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu faktlar təşkilatın şura iclasında səsləndirilib. İclasda 2017-ci ildə görülən işlərə yekun vurulub, qarşıya qoyulmuş vəzifələrin icrası müzakirə olunub.
Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzəsində YAP Şərur rayon təşkilatının iş planına uyğun olaraq 2017-ci ildə 4 şura, 12 İdarə Heyəti iclasının keçirildiyini bildirib. İclaslarda əsasən zəruri məsələlər, partiya sıralarına yeni üzvlərin qəbulu müzakirə edilib, təşkilat sədrlərinin hesabatları dinlənilib, qərarlar qəbul olunub və onların icrası diqqətdə saxlanılıb.
“Ötən il Şərur rayon təşkilatı üzrə partiya sıralarına 121 nəfər qəbul olunub ki, bunların da 63 nəfəri qadın, 112 nəfəri gənclərdir” – deyən Əmir Babayev vurğulayıb ki, bu gün də əsas vəzifələrdən biri əhali arasında ideya-siyasi işi gücləndirmək, bu baxımdan partiya üzvlərinin fəallığını artırmaq üçün yerlərdə mütəmadi tədbirlər keçirmək, siyasi kampaniyalarda partiyanın mövqeyini, partiya üzvlərinin vəzifələrini izah etməkdən ibarətdir. Ümumiyyətlə, YAP Şərur rayon təşkilatının hər bir üzvü, tutduğu vəzifədən asılı olmayaraq, bundan sonra da partiya məsuliyyətini dərindən dərk etməli, partiyanın Proqram və Nizamnaməsində nəzərdə tutulmuş prinsiplərə əməl etməli, siyasi proseslərdə, quruculuq, abadlıq və yaşıllaşdırma tədbirlərində fəallıq göstərməlidir.
Yığıncaqda YAP Şərur rayon təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, təşkilatın Gənclər Birliyinin üzvü Cahandur Məhərrəmov, Şərur şəhər və Maxta kənd ərazi ilk partiya təşkilatlarının sədrləri Məhərrəm Həşimov və Süleyman Süleymanov çıxış ediblər.
İclasda müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info