Azərbaycan dünyada arıçılıq və bal istehsalı sahəsində önəmli yer tuta bilər
Tarix: 12.01.2018 | Saat: 13:04:00 | E-mail | Çapa göndər


Azərbaycanda ən qədim təsərrüfat sahələrindən biri də arıçılıqdır. İbtidai insanların qədim yaşayış məskənlərindən olan Azıx mağarasında aparılan arxeoloji qazıntılar zamanı üzərində arı şəkli olan kasa qabın tapılması Azərbaycanda arıçılığın çox qədim tarixi olduğunu bir daha təsdiq edir. Əlverişli iqlim şəraiti və zəngin bitki örtüyü ölkəmizdə arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu sahənin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq deyib: “Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər, müvafiq göstərişlər verilib. Əminəm ki, 2018-ci ildə yaxşı nəticələr olacaqdır”.
Arıçılıq məhsullarının ixrac potensialı və bu sahədəki imkanlarla bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin icmallaşdırma və statistik təhlil şöbəsindən bildiriblər ki, BMT-nin Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, 2014-cü ildə dünya üzrə 1.510,566 ton məhsul istehsal olunub. Bunun da 795 min tondan çoxu Çin, Türkiyə, ABŞ, İran və Rusiyanın payına düşüb. Bu beşlikdə ən böyük pay sahibi isə Çindir. Belə ki, Çin 2014-cü ildə 462 min ton bal istehsal edib ki, bu da dünya üzrə istehsalın 30,6 faizinə bərabərdir.
“Global Industry Alalists, Inc” konsaltinq şirkətinin (GİA) proqnozuna əsasən, 2022-ci ildə satış məqsədli bal istehsalının həcmi 2,4 milyon tona çatacaq. Buna səbəb kimi bala olan tələbatın ərzaq, kosmetika və dərman sahələrində artması göstərilir. GİA-nın məlumatına əsasən, ümumi təbii bal istehlakının 48,1 faizi Asiya-Sakit okean regionunun payına düşür. Bu regiona 58 ölkə, o cümlədən Rusiya, Çin, ABŞ, Yaponiya, Kanada daxildir. 2016-cı ildə Ukrayna 97,3 milyon dollar dəyərində 56,9 min ton bal ixrac edərək, Çindən sonra ən iri bal ixracatçısı olub. Bu, 2015-ci il göstəricisindən 58,5 faiz çoxdur. Ukrayna məhsulun 33 faizini Almaniyaya, 18,6 faizini Polşaya, 17,7 faizini ABŞ-a ixrac edib. İxrac olunan məhsulun bir tonunun qiyməti isə 1700-1900 dollar təşkil edib.
2016-cı ildə dünyada 2 milyard ABŞ dolları dəyərində bal idxal olunub. Orta idxal qiyməti 3172 dollar/ton təşkil edib. Dünya üzrə bal idxalının 21 faizi, yəni 166 min tonu ABŞ-ın payına düşüb.
Azərbaycana gəldikdə, 2005-ci ildə 0,6 min ton bal istehsal edilmişdisə, 2016-cı ildə bu rəqəm 2,7 min tona çatıb. Arı ailələrinin artım dinamikasına baxsaq, əgər 2005-ci ildə 105 min arı ailəsi vardısa, 2016-cı ildə onların sayı 260 min olub. Son illər arıçılığa artan maraq bu sahədə ixrac ənənəsinin yaranmasına təkan verib. Məsələn, 2015-ci ildə cəmi 3,62 ton bal ixrac olunmuşdusa, 2016-cı ildə bu göstərici 6,1 tona yüksəlib. Ötən il Azərbaycandan ixrac olunan 1 ton balın orta qiyməti 8 min ABŞ dolları təşkil edib ki, bu da dünya üzrə orta idxal qiymətindən 2,5 dəfə çoxdur.
Ölkəmizdə istehsal olunan balın xüsusiyyətlərini, yerli bazarda yuxarı qiymətini, dünya idxal qiymətlərini və Avropa ölkələrində pərakəndə satış qiymətlərinin 4-8 avro (1 kiloqram) olmasını nəzərə alsaq, yerli bal yalnız xarici “niş” (məhdud) və ya “Premium” bazarlara “Eko” (BİO) və ya “Orqanik” məhsul kimi çıxarıla bilər. Bu bazarlara Avropa ölkələri və Çin daxildir. Avropanın “niş” bazarlarında satılan balın payı ümumi Avropa bal bazarının 15-20 faizini əhatə edir. Çin istehlakçıları “Premium” bal məhsullarına üstünlük verdiyindən bu ölkə bazarı da cəlbedici görünür. Azərbaycan balının həmin bazarlara daxil olması üçün məhsulun beynəlxalq standartlara uyğunlaşdırılması, sertifikatlaşdırılması, qablaşdırılması və etiketlənməsi vacib şərtdir.
Çində daha yüksək idxal qiyməti Yeni Zelandiya, Avstraliya, ABŞ, Kanada, Yaponiya, Türkiyə və Avropa ölkələrinin məhsullarına məxsusdur. 2016-cı ildən etibarən Çin hökuməti idxal olunan bal məhsulları üzrə nəzarəti gücləndirərək, ilkin olaraq 15 Avropa ölkəsinə Çinə maneəsiz təbii bal və arıçılıq məhsullarının idxalı hüququ verib. Sonradan bu siyahı genişləndirilib. Əgər Azərbaycan da həmin siyahıya düşə bilsə, böyük və sərfəli ixrac bazarı əldə etmiş olar.


AZERTAC




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
Zaqatala taxılçıları hər hektardan 27 sentner məhsul götürürlər
16.06.2018
Hər ay “ABAD”ın dəstəyi ilə ailə büdcəmizə 500 manat daxil olur
16.06.2018
Sahil Babayev sağlamlıq imkanları məhdud gənclərlə görüşüb
15.06.2018
Aprel döyüşlərində əlil olmuş hərbçiyə minik avtomobili hədiyyə edilib
15.06.2018
Azərbaycan məscidlərində bayram namazı qılınıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info