“Azərxalça” ASC-nin Quba filialının ilk məhsulu satışa hazırdır
Tarix: 12.01.2018 | Saat: 13:39:00 | E-mail | Çapa göndər
Ötən il dekabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə açılan “Azərxalça” ASC-nin Quba filialının ilk məhsulu satışa hazırdır. Artıq müəssisədə toxunan xalçaların kəsiminə başlanılıb.
Filialın direktoru Nəzakət Novruzova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müəssisə yanvar ayının sonuna kimi 30 kvadratmetrə yaxın xalça təhvil verəcək. Hazır olan nümunələr Quba, Şirvan və Qarabağ çeşniləri əsasında toxunan xalçalardır. Üzərlərində çeşnilərin adı və “Azərbaycan” yazısı qeyd olunur. Bu da qədim sənətkarlıq nümunələrinin müəllif hüququnun qorunmasına, eyni zamanda, Azərbaycan incəsənətinin dünyaya tanıdılmasına xidmət edir.
Nəzakət Novruzova qeyd edib ki, hazırda müəssisədə 100-ə yaxın işçi çalışsa da, iş üçün müraciət edən toxucuların sayı kifayət qədərdir. “Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bildirdi ki, 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar olacaq. On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır. Prezidentimizin dediyi bu faktlar bizi sevindirir və işimizə məsuliyyətlə yanaşmağa sövq edir. Çalışırıq işçilərin sayını daha da artıraq”, - deyə filial müdiri vurğulayıb.
Filialdakı xalçaçılar Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Bu barədə danışan Nəzakət Novruzova bildirib ki, onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər: “Tədris-hazırlıq kursu bu gün də fəaliyyətini davam etdirir. Bu kursların məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alırlar. Yeni işçilərin cəlb olunması daha çox xalçanın toxunmasına imkan yaradacaq. Planlarımız çoxdur. İşə çox həvəslə başlamışıq. Quba zonası ənənəvi xalçaçılıq zonasıdır. Burada xalçaçılığa maraq çox yüksəkdir”.
“Azərxalça” ASC-nin Quba filialında yanvarın 20-dək xalça kəsiminin ilk mərhələsi başa çatacaq. Hazır xalçalar “Azərxalça” ASC-yə təhvil veriləcək. Həmin xalçalar xarici ölkələrdə keçirilən beynəlxalq satış sərgilərində alıcılara təqdim olunacaq. Bununla yanaşı, filialın xalça-satış salonunda da “Azərxalça” ASC-də toxunan xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.
Qeyd edək ki, “Azərxalça” ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 160 nəfərdən çox işçinin çalışması nəzərdə tutulub. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.01.2018
Yusif Eyvazov Kral Opera Teatrında çıxış edəcək
19.01.2018
“Baku Fashion Club”un növbəti tədbiri keçiriləcək
18.01.2018
Füzuli döyüşlərini əks etdirən fotolardan ibarət sərgi açılıb
18.01.2018
Gənc musiqiçilər Vyanada konsert veriblər 
18.01.2018
Tanınmış violin ifaçısı Tahir Atakişiyevin xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8211

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info