Dilçilərlə birlikdə ali məktəb strukturunun nümayəndələrinin görüşlərinə böyük ehtiyac var
Tarix: 12.01.2018 | Saat: 13:39:00 | E-mail | Çapa göndər
Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan dilinin saflığının qorunması” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan bildirilib ki, Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kafedranın müdiri, professor Adil Babayev hər hansı xalqın böyüklüyünün onun say tərkibindən yox, beynəlxalq nüfuzu, fəaliyyəti, təbliğ etdiyi dəyərlərdən asılı olduğunu söyləyib. “Dil millətin varlığının yeganə amilidir”,- deyən A.Babayev vurğulayıb ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra ana dilimizin qorunmasına xüsusi önəm verib. Ulu Öndərin dilimizin zamanın tələblərinə uyğunlaşmasına və təkmilləşdirilməsinə xidmət edən fərman və sərəncamlarından söz açan professor bu ənənənin dövlət başçısı İlham Əliyevin siyasətində öz əksini tapdığını bildirib.
AMEA-nın Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, dosent Sevinc Əliyeva mövzunun aktuallığını qeyd edib. Dili xalqın etnomədəni göstəricisi, onun tarixini, mədəniyyətini özündə əks etdirən bir vasitə kimi xarakterizə edən S.Əliyeva qloballaşma dövründə dilə yad elementlərin daxil olduğunu söyləyib və bu inteqrasiya prosesində ana dilimizin daxili saflığı, müstəqilliyi və milliliyinin qorunmasının zəruriliyini vurğulayıb.
AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu dili xalqın ən böyük sərvəti kimi qiymətləndirib və onu qorumağın hər bir vətəndaşın mənəvi borcu olduğunu söyləyib. Alim ana dilinin saflığının qorunmasını və ədəbi dil normalarına əməl etməyi tövsiyə edib. O, ADU ilə Dilçilik İnstitutunun müştərək layihələr həyata keçirməsi, eyni zamanda, lüğətlər, danışıq kitabları, əcnəbilər üçün dərsliklər hazırlanması istiqamətində təkliflər səsləndirib.
Sonda çıxış edən ADU-nun rektoru, Əməkdar Elm Xadimi, akademik Kamal Abdulla dilin qorunmasının onun inkişafını şərtləndirdiyini bildirib. Rektor qeyd edib ki, dilin qorunması ilə bağlı bir çox məsələlərdə dəqiq meyarlar tapılmalıdır. Dilin qorunması onun qrammatikasını öyrənməklə yanaşı, qanun və qaydalarının yeni nəslə ötürülməsi ilə bağlıdır və eyni zamanda, onun tədqiq kontekstinin genişlənməsi ilə əlaqədardır. Bu mənada dilçilərlə birlikdə ali məktəb strukturunun müxtəlif sahələrinin nümayəndələrinin görüşlərinə böyük ehtiyac var. K.Abdulla bədii ədəbiyyatın mütaliə olunmasının da dilin saflığının qorunması məsələsində vacib olduğunu vurğulayıb. “Hər hansı bir dəyişmə inkişaf etməkdir”,-deyən rektor bildirib ki, dilin inkişafının mahiyyətini düzgün anlamaq lazımdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
SDU-da 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib
19.01.2018
20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb
19.01.2018
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
19.01.2018
YAP üzvlərinin sayı 710 min nəfəri keçib
19.01.2018
Əfşarlar dövrünə aid kitabın surəti əldə edilib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8211

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info