Rusiya XİN: Dövlət Departamentinin turistləri Azərbaycana səfərdən çəkinməyə çağırması cəfəngiyyatdır
Tarix: 12.01.2018 | Saat: 15:34:00 | E-mail | Çapa göndər
Rusiya Xarici Nazirliyi ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Dövlət Departamentinin turistlərə Azərbaycana səfər etməkdən çəkinməklə bağı çağırışını cəfəngiyyat adlandırıb: "Bunu ancaq Azərbaycanda olmayan, onun mədəniyyətini, siyasi reallığını bilməyən, Azərbaycanın yerini xəritədə göstərə bilməyənlər edə bilər".
 
M. Zaxarova dəfələrlə Azərbaycanda, Bakıda olduğunu xatırladıb: "Azərbaycan dəfələrlə idman, mədəniyyət sahəsində bir sıra beynəlxalq tədbirləri uğurla keçirib. Nədənsə beynəlxalq tədbirləri uğurla keçirən ölkələr qərbli tərəfdaşlarımızda qıcıq yaradır. Mən dəfələrlə Azərbaycanda, Bakıda olmuşam. Məmnuniyyətlə bu ölkəyə gedirəm. Bakının tarixi yerləri, restoranları, muzeyləri tamamilə təhlükəsizdir. Ona görə də turistlərə Azərbaycana, Bakıya səfər etməməyi tövsiyə etmək tamamilə cəfəngiyyatdır. Bir daha təkrar edirəm ki, bunu ancaq Azərbaycan haqqında, onun mədəniyyəti, siyasi reallığı haqqında təsəvvürə malik olmayanlar, hətta xəritədə belə bu ölkənin yerini göstərə bilməyənlər edə bilər".
 
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində səfər etmək üçün təhlükə baxımından ölkələr 4 qrupa bölünüb.
 
Azərbaycan 2-ci qrupa - səfər zamanı yüksək ehtiyatlılıq nümayiş etdirilməli, terror riski olan ölkələr sırasına daxil edilib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır
19.01.2018
Moldova Prezidenti Konstitusiya Məhkəməsinə qarşı
19.01.2018
Ukraynada ATƏT müşahidə missiyasının üzvü ölüb
18.01.2018
Ermənistanda Rusiya əleyhinə aksiyalar keçirilə bilər
18.01.2018
Erməni deputat: “Ermənistanda hökumət ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8211

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info