“Hədəfimiz bu il iqtisadiyyata 15 milyard dollar investisiya cəlb edilməsidir”
Tarix: 12.01.2018 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


“Hədəfimiz bu il Azərbaycan iqtisadiyyatına 15 milyard dollar investisiyanın cəlb edilməsidir”. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib. Nazir müavini qeyd edib ki, qlobal maliyyə çətinliyi dövründə investisiyalar hər zaman siyasi, təhlükəsizlik və iqtisadi baxımından stabil ölkələrə üz tutur: “Bu çərçivədə Azərbaycanın 2017-ci ildə 15 milyard dollaradək investisiya cəlb etməsi böyük göstəricidir. Bu, həm ölkəmizin iqtisadiyyatına, Azərbaycan dövlətinin sabitliyinə olan güvəndir. Bunun çərçivəsində həm neft, həm də qeyri-neft sahələrinə investisiyalar yatırılıb. Hədəfimiz bu il də bu dinamikanı qorumaq, Azərbaycan iqtisadiyyatına daha 15 milyard dollar investisiyanın cəlb edilməsidir. Bu sahədə kompleks işlər görülür. İnvestisiya mühiti yaradılır, biznes mühiti daha da təkmilləşdirilir. Ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində investisiya təşviqi mexanizminin tətbiqinə başlanılıb. Kənd təsərrüfatında geniş dəstək tədbirləri həyata keçirilib, sənaye məhəllələri, sənaye parkları yaradılıb. Bütün yaradılmış bu mexanizmlər imkan verir ki, Azərbaycanın investisiya mühitinə inam davam etsin və ölkəyə investisiyaların axını daha da genişlənsin. Azərbaycanın neft-sektorunda aktiv ölkələr var. Böyük Britaniya, Türkiyə, Fransa neft sektorunda kifayət qədər aktiv ölkələrdir. Artıq Körfəz ölkələri, Avropa ölkələri Azərbaycana investisiya yatırmağa başlayıb. Beynəlxalq reytinq agentlikləri, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın biznes mühitinə çox yüksək reytinqlər verilir. Bu, əminlik yaradır ki, bu il də Azərbaycan həm xarici, həm daxili investisiyalar üçün əsas mərkəzlərdən biri olacaq".
Anar




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Yanvar-mayda hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5,5 faiz artıb
20.06.2018
Qeyri-neft sektoruna yatırılan investisiyaların həcmində 39,3 faiz artım olub
19.06.2018
Ölkə üzrə bu günədək 451 ton yaş barama tədarük olunub
18.06.2018
Füzulidə 437 hektar sahədə şəkər çuğunduru becərilir
18.06.2018
Laçınlı məcburi köçkünlər 1 tondan çox barama təhvil veriblər

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info