Smartfonlar tələbələrin təhsil almasına mənfi təsir göstərir
Tarix: 12.01.2018 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Daima smartfondan istifadə edən belçikalı tələbələrin bilik səviyyəsi mobil telefondan asılılığı olmayanlarla müqayisədə aşağıdır. Bu haqda Antverpen və Gent universitetlərinin araşdırmasına istinadən yerli VRT telekanalı məlumat verib.
"Araşdırma nəticəsində məlum olub ki, daima smartfondan istifadə edən tələbələrin bilik səviyyəsi öz qurğusundan yalnız ehtiyac olduqda istifadə edənlərlə müqayisədə aşağıdır" – telekanal sitat gətirib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, məlumata görə, orta statistik tələbə dərs zamanı öz telefonunu 3-5 dəfə və ya hər saatda ən azı iki dəfə yoxlayır. "Biz smartfon asılılığı və tələbələrin təhsili arasında dəqiq əlaqə aşkar etmişik. Məsələn, təhsil zamanı mobil telefondan az istifadə edən tələbələrin keçid balı ən azı 69% təşkil edir, halbuki smartfon asılılığından əziyyət çəkən tələbələrdə bu göstərici 61% və daha aşağıdır" – mütəxəssislər bildiriblər.
Bununla belə Antverpen və Gent universitetlərinin alimləri təhsil zamanı smartfonlardan istifadənin üstünlüklərini də qeyd ediblər. Məsələn, tələbələr smartfonların köməyilə informasiya toplaya və qrupda kollektiv şəklində işləyə bilərlər. Ancaq araşdırma müəllifləri xüsusilə imtahanlar dövründə mobil telefonlardan az istifadə etməyi tövsiyə edirlər, çünki tələbələr təhsilə lazımınca diqqət ayıra bilmirlər. Bundan başqa, alimlər cihazların insan yuxusuna mənfi təsiri haqda xəbərdarlıq ediblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan
16.10.2019
Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info