“Hədəfimiz bu il Azərbaycan iqtisadiyyatına 15 milyard dollar investisiyanın cəlb edilməsidir”
Tarix: 12.01.2018 | Saat: 16:02:00 | E-mail | Çapa göndər
Hədəfimiz bu il Azərbaycan iqtisadiyyatına 15 milyard dollar investisiyanın cəlb edilməsidir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
Nazir müavini qeyd edib ki, qlobal maliyyə çətinliyi dövründə investisiyalar hər zaman siyasi, təhlükəsizlik və iqtisadi baxımından stabil ölkələrə üz tutur. Bu çərçivədə Azərbaycanın 2017-ci ildə 15 milyard dollaradək investisiya cəlb etməsi böyük göstəricidir. Bu, həm ölkəmizin iqtisadiyyatına, Azərbaycan dövlətinin sabitliyinə olan güvəndir. Bunun çərçivəsində həm neft, həm də qeyri-neft sahələrinə investisiyalar yatırılıb. Hədəfimiz bu il də bu dinamikanı qorumaq, Azərbaycan iqtisadiyyatına daha 15 milyard dollar investisiyanın cəlb edilməsidir. Bu sahədə kompleks işlər görülür. İnvestisiya mühiti yaradılır, biznes mühiti daha da təkmilləşdirilir. Ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində investisiya təşviqi mexanizminin tətbiqinə başlanılıb. Kənd təsərrüfatında geniş dəstək tədbirləri həyata keçirilib, sənaye məhəllələri, sənaye parkları yaradılıb. Bütün yaradılmış bu mexanizmlər imkan verir ki, Azərbaycanın investisiya mühitinə inam davam etsin və ölkəyə investisiyaların axını daha da genişlənsin. Azərbaycanın neft-sektorunda aktiv ölkələr var. Böyük Britaniya, Türkiyə, Fransa neft sektorunda kifayət qədər aktiv ölkələrdir. Artıq Körfəz ölkələri, Avropa ölkələri Azərbaycana investisiya yatırmağa başlayıb.
"Beynəlxalq reytinq agentlikləri, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın biznes mühitinə çox yüksək reytinqlər verilir. Bu, əminlik yaradır ki, bu il də Azərbaycan həm xarici, həm daxili investisiyalar üçün əsas mərkəzlərdən biri olacaq", - deyə Sahil Babayev diqqətə çatdırıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Kəndli və fermerlər hansı kreditlərdən yararlana biləcəklər
23.05.2018
Sabirabadda investisiya layihələrinin qəbuluna başlanılır
23.05.2018
Multikulturalizmin Azərbaycan modeli
23.05.2018
 Ölkəmizə gələn turistlərin sayı 13 faizdən çox artıb
23.05.2018
“Azeri Light”ın bir barreli 81,32 dollara satılır

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info