Nəsli kəsilməkdə olan vəhşi quş aşkarlanıb
Tarix: 12.01.2018 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Azərbaycan gömrükçüləri nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi quşun ölkəmizin sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə aparılması cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu unikal qaçaqmalçılıq halı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində qeydə alınıb.
Bakı-Doha aviareysi ilə gedən Qətər vətəndaşı gömrük nəzarətindən keçərkən gömrük bəyannaməsi və müvafiq icazə sənədini təqdim edərək, əvvəllər Azərbaycan Respublikasının ərazisinə gətirdiyi şahin quşunu təkrar ixrac etdiyini bildirib.
Lakin gömrük əməkdaşları xüsusi skaner vasitəsilə şahin quşunun elektron etiket nömrəsini qeydə alıb eyniləşdirmə apararkən, sənədlərdən və eyniləşdirmə vasitəsindən aldatma yolu ilə istifadə olunduğu və əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yenisi ilə dəyişdirildiyi aşkara çıxıb.
İlkin araşdırma zamanı Qətər vətəndaşı izahat verərək, ov etmək üçün Salyan rayonuna gəldiyini və Azərbaycanda olduğu vaxt həmin şahin quşunu bir nəfərin ona hədiyyə etdiyini bildirib.
Lakin əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yaşlı, hədiyyə verildiyi iddia edilən şahin quşunun isə cavan olduğu və Azərbaycanda ovlandığı müəyyənləşdirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Şəhər Heyvanat Parkına göndərilən sorğu məktubuna cavabda məlumat verilib ki, saxlanılan şahin quşu - qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid quş növüdür və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxildir.
Faktla bağlı araşdırma davam edir.
Onu da qeyd edək ki, bu fakt Azərbaycan Respublikasında heyvanlar aləminin mühafizəsinin təmin edilməsi baxımından əhəmiyyətli olduğu kimi, eyni zamanda, gömrük orqanlarının yalnız ənənəvi gizlətmə üsulları vasitəsilə deyil, həm də mürəkkəb yollarla törədilən qaçaqmalçılıq hallarına qarşı sayıqlıq və qətiyyət nümayiş etdirməsinə daha bariz bir nümunədir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Ölümdən sonra insan bədənində nə baş verir?
18.08.2018
Köpəkbalıqları maqnitdən qorxur
17.08.2018
“Ağıllı” eynək insanın baxdığı nöqtəyə avtomatik fokuslanacaq
17.08.2018
“Forbes” jurnalı ən yüksək maaşlı aktrisanın adını açıqlayıb
16.08.2018
Yapon alim insanın üz ifadəsini təkrarlayan robot hazırlayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9909

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info