“Bu il iqtisadiyyatın daha sürətli inkişafı ili olacaq”
Tarix: 12.01.2018 | Saat: 17:24:00 | E-mail | Çapa göndər
Professor Fikrət Yusifov: “2017-ci ildə əldə olunmuş bu yüksək nəticələr 2018-ci ildə daha böyük iqtisadi uğurlara imza ata bilmək üçün yaxşı zəmin yaratdı”


“2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması və Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirmiş Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ölkəmizin iqtisadi və siyasi həyatında baş vermiş iki ən mühüm hadisədir”




Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı 2017-ci ildə ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini deyən ölkə başçısı iqtisadi sahədə çox böyük uğurlar əldə edildiyini deyib: “İqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq”.


Mütəxəssislərimiz də ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirləri müsbət qiymətləndirir. İqtisad elmləri doktoru, professor Fikrət Yusifov bu sahədə böyük uğurlar əldə edildiyini bildirdi:

- “Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı nitqi zamanı bildirib ki, “Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o qədər də xas deyil. Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür. Ona görə iqtisadi potensialımız, sadəcə olaraq, bizə iqtisadi məsələlərin həlli üçün lazım deyil. Bizim iqtisadi potensialımız siyasi gücümüzü artırır, bölgədəki vəziyyətimizi möhkəmləndirir, imkan verir ki, ölkəmizin uzunmüddətli strategiyasını düzgün müəyyənləşdirək və onu icra edək”. Təməli 2003-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasət bu gün Azərbaycanı regionun siyasi cəhətdən ən nüfuzlu, iqtisadi cəhətdən isə ən qüdrətli dövlətlərindən birinə çevirə bildi. Azərbaycan hökuməti ötən ildə dünya iqtisadi müstəvisində baş vermiş və bizdən də yan keçməmiş iqtisadi böhranın yaratdığı bütün mənfi təsirlərin aradan qaldırıldırılmasına nail oldu. Bu böyük uğur idi. Bir il ərzində iqtisadiyyatda dediyimiz səbəbdən yaranmış gerilikləri əsaslı şəkildə aradan qaldırmağa nail olmaq praktikası çox az rast gəlinən bir haldır. Ancaq Azərbaycan hökumətinin və Prezident İlham Əliyevin bilavasitə atdığı qətiyyətli addımlar nəticəsində ötən ildə nəinki bu geriliklər aradan qaldırıldı, ümumilikdə il pozitiv nəticələrlə yekunlaşa bildi. Bu çox böyük uğur idi. Yola saldığımız ilin dönüş ili olacağını ilin əvvəlində Prezident əminliklə bəyan etmişdi. Belə də oldu – 2017-ci il tarixə dönüş ili kimi düşdü”.
Bunun belə olduğunu dünyanın ən mötəbər beynəlxalq maliyyə institutlarının da birmənalı şəkildə təsdiq etdiklərini deyən iqtisadçının sözlərinə görə, Azərbaycan yola saldığımız ildə nəinki iqtisadi gerilikləri aradan qaldırmağa nail oldu, o həmən ildə ölkə iqtisadiyyatının rəqabətqabliyyətlilik göstəricisi üzrə iki pillə irəliləyərək il ərzində əldə etdiyi uğurlara beynəlxalq səviyyədə möhür vura bildi: “2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması və Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirmiş Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ölkəmizin iqtisadi və siyasi həyatında baş vermiş iki ən mühüm hadisədir. Azərbaycan iqtisadiyyatının bundan sonrakı illərdə daha sürətlə inkişafında bu iki layihə misilsiz rol oynayacaq. 2017-ci ildə ölkə iqtisadiyyatının bütövlükdə pozitiv nəticə ilə yekunlaşması, qeyri-neft sektorunda 2,5 faiz, o cümlədən qeyri-neft sənayesində 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz artımın əldə olunması, ixracın 19 faiz, qeyri-neft ixracımızın isə 24 faiz artması, ticarət balansımızın müsbət saldosunun 6,2 milyard dollara çatması, valyuta ehtiyatlarımızın isə 4,5 milyard dollar artımı iqtisadiyyatda baş vermiş ciddi dönüşü əsaslı şəkildə xarakterizə edə bilən mühüm göstəricilərdir. İqtisadiyyat öz durumunu həmişə rəqəmlərin dili ilə təqdim edir. Bu təqdimatda isə əlavə izaha ehtiyac qalmır. Yola saldığımız il, həqiqətən də, əsaslı dönüş ili oldu. Sadalanan göstəricilər iqtisadiyyatın ümumi durumunu xarakterizə edir. Bu göstəricilərin səviyyəsinə yüksələ bilmiş iqtisadiyyatımız ötən ildə bütün sektorlar üzrə yüksək nəticələr əldə edib. İqtisadiyyatda əldə edilən uğurlar yola saldığımız ildə yerli və transmilli infrastruktur layihələrinin icrasını və ölkə əhalisinin sosial durumunun yaxşılaşdırılmasını nəzərdə tutan hökumət proqramlarının yüksək səviyyədə icra olunmasına imkan verdi. “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edilməsi, Şimal – Cənub Nəqliyyat Dəhlizi üzrə işlərin tam başa çatdırılması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, ölkə daxilində 1300 kilometrə qədər avtomobil yollarının salınması, 133 yeni məktəbin tikilməsi, 14 məktəbin əsaslı təmiri, 500-ə yaxın məktəbdə isə cari təmir işlərinin başa çatdırılması, otuz tibb müəssisəsinin tikilib əsaslı təmir edilməsi, iki Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi, 2300 məcburi köçkün ailəsinə yeni mənzillərin tikilib verilməsi, Cocuq Mərcanlı kəndində 150 evdən ibarət gözəl qəsəbənin salınması, ordumuzun gücləndirilməsi istiqamətində zəruri addımların atıla bilməsi müstəsna olaraq iqtisadi sahədə əldə olunmuş uğurların nəticəsində mümkün ola bildi.
2017-ci ildə əldə olunmuş bu yüksək nəticələr 2018-ci ildə daha böyük iqtisadi uğurlara imza ata bilmək üçün yaxşı zəmin yaratdı. Bu il iqtisadiyyatın daha sürətli inkişafı ili olacaq. Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasında çıxış edən ölkə Prezidenti bu il üçün öz nikbin baxışlarını belə ifadə etdi: “Əminəm ki, bu il ölkə iqtisadiyyatı öz inkişaf yolu ilə gedəcək. İl ərzində bir çox önəmli layihələrin icrası nəzərdə tutulur. Əlbəttə, biz çalışmalıyıq ki, 2018-ci ildə makroiqtisadi vəziyyət sabit olsun. Mən şübhə etmirəm ki, belə də olacaq. Makroiqtisadi sabitlik hər bir ölkə üçün önəmli amildir. Keçən ilin son aylarında makroiqtisadi vəziyyət sabitləşib, inflyasiyanın səviyyəsi aşağı idi. Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək. Manatın məzənnəsi sabitdir. Qeyd etdiyim kimi, 6,2 milyard dollar müsbət saldomuz makroiqtisadi sabitlik üçün çox önəmli amildir”.
Bəs konkret olaraq cari ildə hansı işlərin görülməsi nəzərdə tutulur?-sualına gəldikdə isə F.Yusifov bildirdi ki, ilk öncə iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı diqqət mərkəzində olacaq və Azərbaycan iqtisadiyyatının real sektora transformasiya edilməsi sahəsində işlər sürətlə davam etdiriləcək: “Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması, Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı, Sumqayıt Kimya Sənaye Parkında üç müəssisənin istifadəyə verilməsi, on yeni xalça fabrikinin açılışı, iki min kilometrə qədər avtomobil yolunun çəkilməsi, pambıqçılığın daha sürətlə inkişaf etdirilməsi, ötən illə müqaisədə barama istehsalının iki dəfəyə qədər artırılması, fındıqçılığın, tütünçülüyün daha sürətli inkişafı və başqa bir çox mühüm işlər məhz 2018-ci ildə icra olunacaq. Cari ildə Azərbaycan iqtisadiyyatına yeni investisiyaların cəlb edilməsi, yerli məhsulların xarici bazarlarda daha geniş şəkildə təqdim olunması, qeyri-neft sektorundan ixracın həcminin daha da artırılması istiqamətində işlər daha intensiv xarakter alacaq. İşsizliyin aradan qaldırılması, özünüməşğulluq proqramının uğurla icra edilməsi, ən azından 20 min köçkünün yeni mənzillərlə təmin olunması, 137 modul tipli məktəbin tikintisi, Bakı şəhərində isə 12 məktəbin əsaslı təmiri, altı şəhərdə yeni mərkəzi rayon xəstəxanasının istifadəyə verilməsi və s. kimi sosial tədbirlərin reallaşdırılması da bu ildə baş verəcək. Bir sözlə, 2018-ci ildə Azərbaycan yeni – daha böyük iqtisadi uğurlara imza atacaq”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Dövlət Departamenti: “Türkiyənin Suriya əməliyyatı bölgədə vəziyyəti gərginləşdirə bilər”
19.01.2018
“The Washington Times”: “Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır”
19.01.2018
“Türkiyə və Azərbaycan Avrasiyasının enerji siyasətində xüsusi gücə malikdir”
19.01.2018
Türkiyə səfirliyi: “Qardaş Azərbaycanın kədərini paylaşırıq”
19.01.2018
Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8211

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info