137 modul tipli məktəb tikiləcək
Tarix: 12.01.2018 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasdakı giriş nitqində 2017-ci ildə görülən işlərdən söz açıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ötən il ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bütün sahələrdə əldə olunmuş nəticələrin ümumi inkişafa böyük töhfə verdiyini bildirib.
Ölkə iqtisadiyyatının bütün sahələrində görülmüş işlərin müfəssəl təhlilini verən Azərbaycan Prezidenti sosial infrastrukturla bağlı çox ciddi addımlar atıldığını deyib. Bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir işləri aparılıb.
Prezident İlham Əliyev iclasdakı yekun nitqində 2018-ci ildə də ölkə iqtisadiyyatının öz inkişaf yolu ilə gedəcəyini, il ərzində bir çox önəmli layihələrin icrasının nəzərdə tutulduğunu qeyd edib. Sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlətimizin başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır”
13.12.2018
Qaçqın və məcburi köçkünlərin probleminin həlli hər zaman prioritetdir
13.12.2018
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
13.12.2018
İsveçrədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
13.12.2018
Daşkənddə “Heydər Əliyev və Özbəkistan” adlı foto sərgi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər
5 Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info