Körfəz ölkələri Azərbaycana investisiya yatırmağa başlayıb
Tarix: 12.01.2018 | Saat: 20:44:00 | E-mail | Çapa göndər
“Made in Azerbaijan” loqosunun təqdimatı keçirilib

Bakı Biznes Mərkəzində İxracatçılar Klubunun 2018-ci ildə ilk iclası və “Made in Azərbaijan” loqosunun təqdimatı keçirilib. İqtisadiyyat nazirinin müavini Sahil Babayev İxracatçılar Klubunun Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək məqsədilə yaradıldığını qeyd edib, qeyri-neft ixracının coğrafiyasının genişləndirilməsi, ənənəvi bazarlarda Azərbaycan məhsullarının mövqelərinin daha da gücləndirilməsi, "Made in Azerbaijan" brendinin dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib, bu istiqamətdə dəstək mexanizmlərinin uğurla həyata keçirildiyini bildirib.
Ötən il ixracatçılara 2,8 milyon manat məbləğində ixrac dəstəyi ödənilib
Bildirilib ki, 2017-ci il ərzində 10 ölkəyə 10 ixrac missiyası təşkil edilib. Bu ixrac missiyalarında 160-dan çox şirkət iştirak edib. Bundan başqa, müxtəlif xarici ölkələrdə 251-ə yaxın görüş keçirilib, 11 ölkə ilə əməkdaşlığa dair müqavilələr imzalanıb. Nazir müavini qeyd edib ki, 2017-ci ildə qeyri-neft ixracı 24%, o cümlədən kənd təsərrüfat məhsullarının ixracı 28%, sənaye məhsullarının ixracı 21%, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 7% artıb.
Ötən il Azərbaycan 3100 çeşiddə məhsul ixrac edib. 2017-ci ildə 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, 44 sahibkarlıq subyektinə 2,8 mln. manat ixrac təşviqi ödənilib: “Azərbaycan ixracatçısı xarici bazarlara öz mallarını ixrac etdikdən sonra bu valyutanı ölkəyə gətirərək Azərbaycan dövlətinin dəstəyini əldə edir və müxtəlif mallardan asılı olaraq 3 faizdən 6 faizə qədər bu dəstək Azərbaycan hökuməti tərəfindən ixracatçılara göstərilir”. Bundan başqa, "Buta Airways" təyyarələrində reklam yerləşdirilib, təyyarələrdə təklif olunan Azərbaycan məhsullarının siyahısı genişləndirilib. "SOCAR Georgia Petroleum" şirkətinin yanacaq doldurma məntəqələri üçün 10 stend hazırlanıb və yanvar ayının sonunadək məntəqələrdə yerləşdiriləcək.

“Hədəf bu il də iqtisadiyyata 15 milyard dollar investisiyanın cəlb edilməsidir”
Sahil Babayev deyib ki, qlobal maliyyə çətinliyi dövründə investisiyalar hər zaman siyasi, təhlükəsizlik və iqtisadi baxımından stabil ölkələrə üz tutur. Bu çərçivədə Azərbaycanın 2017-ci ildə 15 milyard dollaradək investisiya cəlb etməsi böyük göstəricidir: “Bu, həm ölkəmizin iqtisadiyyatına, Azərbaycan dövlətinin sabitliyinə olan güvəndir. Bunun çərçivəsində həm neft, həm də qeyri-neft sahələrinə investisiyalar yatırılıb. Hədəfimiz bu il də bu dinamikanı qorumaq, Azərbaycan iqtisadiyyatına daha 15 milyard dollar investisiyanın cəlb edilməsidir. Bu sahədə kompleks işlər görülür. İnvestisiya mühiti yaradılır, biznes mühiti daha da təkmilləşdirilir. Ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində investisiya təşviqi mexanizminin tətbiqinə başlanılıb. Kənd təsərrüfatında geniş dəstək tədbirləri həyata keçirilib, sənaye məhəllələri, sənaye parkları yaradılıb. Bütün yaradılmış bu mexanizmlər imkan verir ki, Azərbaycanın investisiya mühitinə inam davam etsin və ölkəyə investisiyaların axını daha da genişlənsin. Azərbaycanın neft-sektorunda aktiv ölkələr var. Böyük Britaniya, Türkiyə, Fransa neft sektorunda kifayət qədər aktiv ölkələrdir. Artıq Körfəz ölkələri, Avropa ölkələri Azərbaycana investisiya yatırmağa başlayıb. Beynəlxalq reytinq agentlikləri, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın biznes mühitinə çox yüksək reytinqlər verilir. Bu, əminlik yaradır ki, bu il də Azərbaycan həm xarici, həm daxili investisiyalar üçün əsas mərkəzlərdən biri olacaq".

“Azərbaycan bu il də xarici investisiyalar üçün əsas mərkəzlərdən biri olacaq"

Diqqətə çatdırılıb ki, rəqabətqabliyyətli və ixracyönümlü yerli məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi yerli şirkətlərin daxili və xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Milli brendlərimizin yaradılması və inkişafı, daha geniş coğrafiyada tanıdılması istiqamətində tədbirlər görülür. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də “Made in Azerbaijan” loqosunun hazırlanaraq Patent və Əmtəə Nişanları Mərkəzində qeydiyyata alınmasıdır.
“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Günel Sevdimalıyeva sahibkarlara məxsus brendlərin və patent hüquqlarının xarici ölkələrdə qorunmasının iqtisadi və texniki əhəmiyyəti barədə məlumat verib, “Made in Azərbaijan” loqosunun patentləşdirilməsinin zərurətini diqqətə çatdırıb.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə bu sahədə reallaşdırılacaq tədbirlərdən danışıb.
Loqonu hazırlayan “Leo Burnett” şirkətnin nümayəndəsi Abbas Fətullayev “Made in Azərbaijan” loqosunun təqdimatı ilə çıxış edib. Loqonun strategiyası, başqa ölkələrin bu sahədə təcrübəsi barədə məlumat verilib və qeyd edilib ki, “Made in Azərbaijan” loqosu özündə Azərbaycanın zəngin təbiətini və təbii sərvətlərini, müasirliyi, ölkəmizin yüksək mədəni səviyyəsini, eyni zamanda xalq sənətkarlığının atributlarını əks etdirir.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.01.2018
20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edilib
19.01.2018
Moldovada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
19.01.2018
Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Yekaterinburqda da yad olunub
19.01.2018
Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
19.01.2018
Xocalı soyqırımı şahidinin ABŞ mediasında məqaləsi dərc edilib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8211

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info