Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
Tarix: 13.01.2018 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


2018-ci il dünya azərbaycanlıları üçün özəl bir ildir. Çünki bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq. Bununla bağlı istər ölkə daxilində, istərsə də xaricdə bir sıra tədbirlər keçiriləcək. Bu baxımdan, xaricdəki soydaşlarımız da müxtəlif istiqamətdə tədbirlər keçirməyi planlayıb. Xüsusən, Prezident İlham Əliyevin 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” etməsi xaricdəki həmvətənlərimizin məsuliyyətini daha da artırıb.
Türkiyədəki Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova bizimlə söhbətində dedi ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi ilə bağlı sərəncamı tarixi qərardır: “Bunu hər bir azərbaycanlı kimi, biz də çox böyük sevinclə qarşıladıq. Bu, dövlət başçısı tərəfindən Azərbaycan tarixinə verilən dəyər, qiymətdir.Çünki 23 ay yaşayanAzərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir. Biz hər zaman AXC və onun qurucuları haqqında fəxrlə danışırıq. Ən böyük arzularımdan biri də bu odur ki, AXC ilə bağlı Bakıda bir park salınsın və onun yaradıcılarının orada büstləri qoyulsun. Şərqdə 100 il bundan öncə yandırılan atəş ölkəmizin üzərində heç vaxt sönməsin. Bir kərə yüksələn üçrəngli dövlət bayrağımız bir daha enməsin. Cənab Prezidentimizin uzaqgörən siyasəti nəticəsində işğal altında inləyən topraqlarımıza bayrağımızın sancılacağı günü səbirsizliklə gözləyirik. İnşallah, Cümhuriyyətimizin 100 illiyinin Qarabağımızda üçrəngli bayrağımızın altında qeyd olunmasını Uca Tanrıdan arzu edirik”.

“Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsi keçiriləcək
Cəvahir Əhmədova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı planlarını da açıqladı: “Şəhid olan vətəndaşlarımızın uşaqlarına bir az daolsa, vəfa borcunu ödəmək məqsədilə “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsini həyata keçirəcəyik. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi Türkiyə Baş Nazirliyinin Tanıtım Fondunun maliyyə dəstəyi ilə bu layihənin icrasına başlayıb. Layihənin məqsədi Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasında olan şəhid uşaqlarını iki dövlətin tarixi və mədəni abidələri ilə tanış etmək, iki ölkə uşaqlarının yaxınlaşması, onları ailələr ilə görüşdürmə, iki ölkənin tarixi haqqında məlumat vermək və aralarındakı qardaşlıq duyğusunu gücləndirməkdir. Bu məqsədlə 2018-ci ilin mart ayının 17-də Azərbaycandan Türkiyəyə gələcək olan şəhid uşaqları öncə Türkiyənin paytaxtı Ankarada qarşılanacaq. 10 gün ərzində şəhid övladlarının burada Anıtqəbir,Türkiyə Cümhur başkanlığı, Türkiyə Böyük Millət Məclisinin ziyarəti reallaşdırılacaq. Həmçinin rəsmi şəxslərlə görüş olacaq. Bununla yanaşı, Türkiyənin 6 şəhəri ziyarət olunacaq. Qeyd edim ki, bu layihənin II mərhələsi olaraq 2018-ci ilin yay aylarında Türkiyədən Azərbaycana 50 şəhid övladının səfəri nəzərdə tutulub. 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Gəncədən Bakıya kimi erməni daşnakları ilə mübarizə aparıb. Simvolik olaraq Türkiyədən gələn şəhid övladları da öncə Gəncəyə səfər edəcəklər. Qafqaz İslam Ordusunun döyüşdüyü rayonları gəzərək sonda Bakıya gələcəklər. Səfər çərçivəsində Azərbaycandakı Şəhidlər xiyabanları və şəhid ailələri ziyarət ediləcək, görüşlər keçiriləcək, turistik məkanlara gediləcək. İnanırıq ki, hər iki ölkədə ediləcək olan ziyarətlər şəhid uşaqlarımıza qardaş ölkələrimizin bir-birinə olan dəstəklərini artıraraq tək millət iki dövlət faktını gücləndirəcək”.
“Qürur hissi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə hazırlaşırıq”
Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” Azərbaycan Cəmiyyətinin sədri Əliağa Məmmədov da Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı fikirlərini bizimlə bölüşdü: “Cənab Prezidentin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi, onun tarixi-dövlətçilik ənənələrimizə, istiqlal ideyalarına verdiyi bir töhfədir. Bu həm də şərəfli tariximizə bağlılığın bariz nümunəsidir. Bu addım Azərbaycan Respublikasının müstəqilliyinə, onun qüdrətlənməsinə və torpaqlarımızın işğaldan azad olmasına inamı artırır”.
Əliağa Məmmədov dedi ki, 28 mayda Respublika Günü, yəni Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Litvada da qeyd olunacaq: “Yubiley tədbirini çalışacağıq kı, bir yerdə keçirək. Bununla yanaşı, yaşadığımız Klaypeda şəhərində də “dəyirmi masa”lar, bayram mərasimləri keçirəcəyik.Azərbaycan Xalq Cümhuriyyəti tariximizin qızıl dövrüdür. Biz AXC-nin 100 iliyinə qürur hissi ilə hazırlaşırıq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Xaricdəki soydaşlarımız anım tədbirləri keçiriblər
11.12.2018
Müxalifət Ermənistandakı saxta seçkiləri niyə təqdir edir?
11.12.2018
General Körtis Skaparotti: NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir
11.12.2018
Sovet televiziyasının əfsanəvi rejissoru dahi lider haqqında
11.12.2018
XİN: Danimarkanın “Novo Nordisk” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info