Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında iki agentlik yaradılıb
Tarix: 12.01.2018 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Prezident “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə və nazirliyin strukturu təsdiq edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatının və regional bölmələrinin işçilərinin say həddi 145 ştat vahidi, o cümlədən Xidmətin Aparatının işçilərinin say həddi 100 ştat vahidi, Dövlət Dəniz Agentliyinin işçilərinin say həddi 65 ştat vahidi, Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, nazirliyin yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 18 ştat vahidi, nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi müəyyən edilib. Fərmana əsasən Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs statusu ilə Dövlət Dəniz Agentliyinin tabeliyinə, Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində olan Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi isə publik hüquqi şəxs statusu ilə Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyinə verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Dövlət Mülki Aviasiya Agentliyinin direktorlarını Prezident vəzifəyə təyin və vəzifədən azad edir.




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Həmvətənimiz Almaniyanın tibb üzrə ali elmi dərəcəsinə layiq görülüb
21.06.2018
“Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstanı Avropa ilə birləşdirən ən qısa və münasib yoldur”
21.06.2018
Azərbaycan rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclasda təmsil olunub
21.06.2018
Şamaxıda yol tikintisinə vəsait ayrıldı
21.06.2018
İxracla məşğul olan sahibkarların işi asanlaşacaq

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9436

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Jamanak“: “Paşinyan istefa verəcək”
5 “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info