Erməni iqtisadçı: Perspektivi olmayan Ermənistanda insanlar çıxılmaz vəziyyətdə qalıblar
Tarix: 13.01.2018 | Saat: 02:50:00 | E-mail | Çapa göndər


Ermənistanda əhali 2018-ci ildə yaxşı heç nə gözləməsin. Maksimum dərəcədə qənaət etmək lazımdır. Çünki ölkənin valyuta ehtiyatları tükənir.
AZƏRTAC xəbər verir ki, bu fikri erməni iqtisadçı Artak Manukyan söyləyib. O qeyd edib ki, Ermənistanda yoxsulluq pik həddədir, miqrasiya tempi isə əvvəlkindən də yüksəkdir. Əhali iş tapa bilmir. Həyat səviyyəsi ildən-ilə aşağı düşür. Hökumət vətəndaşların rifahı üçün heç bir cəhd göstərmir. Perspektivi olmayan Ermənistanda insanlar çıxılmaz vəziyyətdə qalıblar. İldən-ilə hökumətin xarici borcları da artır. Hakimiyyət xərclərini ört-basdır etmək, büdcədəki kəsrin qarşısını almaq üçün yeni kreditlər almaq niyyətindədir. Bununla isə Ermənistanın dövlət borcu 7 milyard dolları keçə bilər.
Artak Manukyan götürülən növbəti kreditlərdən də əhaliyə xeyir gəlməyəcəyini deyib. Statistika xidmətinin son məlumatına görə, hazırda Ermənistanın xarici borcu 5,10 milyard dollar təşkil edir. Bu isə ümumi daxili məhsulun 58,8 faizi deməkdir. Ümumiyyətlə, xarici borc son 10 ildə 3,5 dəfə artıb. Hökumət büdcə kəsirini doldurmaq üçün dövlətin qızıl ehtiyatını satışa çıxarmaq məcburiyyətində qalıb. İqtisadçılar bütün bunların Ermənistana yaxşı heç nə vəd etmədiyini deyirlər.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Astaranın Ərçivan qəsəbəsindəki məscidin yaşı 500 ildən çoxdur
17.01.2019
Paşinyan hökuməti kadr qıtlığı ilə üzləşib
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info