Ötən il muxtar respublikada 136 milyon manatlıq tikinti işləri aparılıb
Tarix: 12.01.2018 | Saat: 22:54:00 | E-mail | Çapa göndər



Ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə muxtar respublikada 136,12 milyon manatlıq inşaat işləri aparılıb ki, bunun da 129,5 milyon manatlığını və ya 95,1 faizini tikinti-quraşdırma işləri təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2017-ci ildə görülən işlər, 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında səsləndirilib.
İclasda komitənin sədri Hicran Rüstəmov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, muxtar respublika əvvəlki illərdə olduğu kimi, ötən ildə də regional inkişafda öz lider mövqeyini qoruyub saxlayıb. Azərbaycanın ümumi inkişaf mənzərəsində özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2017-ci ildə də davam edib, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər görülüb. Bütün bunlar əsası Ümummilli Lider tərəfindən müəyyən olunmuş inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində qazanılıb. Bunu tikinti təşkilatlarının fəaliyyətində də görmək olar. Muxtar respublika inşaatçıları hesabat ilində əzmkarlıq göstərib, öz vəzifələrinin öhdəsindən layiqincə gəlmək üçün səy və bacarıqlarını əsirgəməyiblər.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Naxçıvan Şəhər və Kəngərli rayon idarələrinin rəisləri Novruz Qalayevin və Vəzir Əliyevin çıxışları dinlənilib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov çıxış edərək vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı sayəsində tikinti sektorunda, ilk növbədə, sosial sahələrin inkişafı hər zaman diqqət mərkəzində saxlanılıb. Təhsil sahəsində müasir tələblər səviyyəsində qurulmuş infrastruktur istiqamətində görülmüş tədbirlərə uyğun olaraq, 2017-ci il ərzində 2476 şagird yerlik beş məktəb binası tikilib, 774 şagird yerlik dörd məktəb binası yenidən qurularaq istifadəyə verilib. Üç məktəb binasının tikintisi isə davam etdirilir.
Muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən sistemli islahatların mühüm bir istiqaməti də yeni tibb ocaqlarının yaradılmasıdır. İl ərzində 1 mərkəzi xəstəxana əsaslı təmir olunub, 1 həkim ambulatoriyasının tikintisi başa çatdırılıb, 2 həkim ambulatoriyasının tikintisi isə davam etdirilməkdədir.
“Ötən il ərzində əhalinin mənzil-kommunal təminatının yaxşılaşdırılması sahəsində də işlər davam etdirilib, 2 yaşayış binasının tikintisi, 9 yaşayış binasında isə yenidənqurma işləri başa çatdırılaraq istifadəyə verilib, 3 yaşayış binasının tikintisi, 7 yaşayış binasında isə yenidənqurma işləri davam etdirilir”, – deyən Asəf Məmmədov bildirib ki, dövlət idarəetmə orqanlarında çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə inzibati binaların inşası və yenidən qurulması ötən dövr ərzində də diqqət mərkəzində saxlanılıb, ümumilikdə, 15 inzibati bina inşa olunub, 7 inzibati binanın tikintisi və yenidən qurulması isə davam etdirilir.
Muxtar respublikanın rayon və kəndlərində əhalinin gündəlik məişət tələbatının ödənilməsi üçün lazımi şəraitin yaradılması diqqət mərkəzində saxlanılıb və bu məqsədlə 10 xidmət mərkəzi tikilərək başa çatdırılıb. Hazırda 2 xidmət mərkəzi tikilməkdədir. “Muxtar respublikada yol-nəqliyyat kompleksinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən tədbirlərin davamı olaraq, avtomobil yollarının bərpası və yenidən qurulması, yeni yol şəbəkələrinin salınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, ötən il 70,5 kilometr avtomobil yolu tikilərək və ya yenidən qurularaq istifadəyə verilib”, – deyə Asəf Məmmədov bildirib. Qeyd edib ki, tikinti-quruculuq işlərində təhlükəsizlik tədbirləri və əməyin mühafizəsi daim nəzarətdə saxlanılır.
Diqqətə çatdırılıb ki, tikintisi həyata keçirilən obyektlərin maya dəyərinin aşağı salınması üçün bir qayda olaraq inşaat işlərində yerli materiallardan istifadə edilir və yalnız muxtar respublikada istehsal olunmayan tikinti materiallarının idxalına icazə verilir. Eyni zamanda, daxili bazarın qorunması daim diqqətdə saxlanılır.




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
20.08.2018
Bilik Fondu Qəbələ və Oğuzda maarifləndirici tədbirlər keçirib
20.08.2018
Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş
20.08.2018
İslami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub
18.08.2018
Naxçıvanda müəllimlərin işə qəbulu ilk dəfə olaraq test imtahanı ilə həyata keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9909

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info