Lionel Messinin illik məvacibi 104 milyon avro təşkil edir
Tarix: 13.01.2018 | Saat: 13:54:00 | E-mail | Çapa göndər
“Football Leaks” nəşri hücumçu Lionel Messinin “Barselona” ilə yeni müqaviləsinin təfərrüatını açıqlayıb.
AZƏRTAC «L’Equipe» nəşrinə istinadla xəbər verir ki, müqavilə şərtlərinə görə, argentinalının illik məvacibi vergi tutulana qədər 104 milyon avro təşkil edir.
Futbol tarixində ilk dəfədir ki, futbolçu il ərzində zəmanətli şəkildə bu qədər məbləğdə məvacib alır.
Bununla belə, İspaniya qanunlarına görə, vergi tutulandan sonra həmin məbləğ 50 milyon avrodan bir qədər az olacaq.
Müqayisə üçün deyək ki, “PSJ”nin forvardı Neymarın xalis illik məvacibi 36,8 milyon avro təşkil edir, Karlos Teves isə Çinin “Şanxay Şenxua” klubunda ildə 38 milyon məvacib alır.
Lionel Messinin “Barselona”da təsbit edilmiş illik məvacibi ( o cümlədən imic gəlirlərinin 15 faizi) 71 milyon avro təşkil edir.
Bundan əlavə, 4 illik müqavilənin müddəti başa çatana qədər Leonun “Barsa”da qalacağı təqdirdə müqavilədə onun üçün 63,5 milyon avro məbləğində bonus və loyallığa görə 70 milyon məbləğində bonus nəzərdə tutulub.
Əgər bütün bəndlər nəzərə alınsa, 104 milyon avro məbləğində yekun illik məvacib alınır.




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Çay içənlər daha yaradıcı olurlar
19.01.2018
“Huawei” şirkəti yeni texnologiya hazırlayıb
19.01.2018
Qaynadılmış limon suyunun faydaları
19.01.2018
Putin 7 dərəcə şaxtada gölə girib
19.01.2018
2018-ci ilin ən innovativ şirkətləri bəlli olub

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8211

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info