Rusiyaya qarşı sanksiyalar nə vaxt aradan qaldırılacaq?
Tarix: 14.01.2018 | Saat: 02:02:00 | E-mail | Çapa göndər


Avropalı siyasətçilər, getdikcə daha çox Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasına ehtiyac duyulduğu barədə danışırlar. Bu günlərdə bu məsələ özünü məhduduyyətlərin qorunmasının əsas tərəfdarından biri kimi göstərən Almaniyada da gündəmə gəlməkdədir.
Qeyd edilməlidir ki, əvvəllər Avstriyanın yeni hökumət üzvləri də Rusiyaya qarşı sanksiyaların "faydasızlığı" haqqında danışdılar. Məhz bu aspektdən çıxış edən "Gazeta.ru" saytı yaxın gələcəkdə sanksiyaların aradan qaldırılmasının mümkünlüyü barədə araşdirma aparmağa çalışıb.
Son bir neçə gün ərzində bir sıra Avropa siyasətçiləri Rusiyaya qarşı sanksiyaların tədricən aradan qaldırılmasının vacibliyini bildiriblər.
Bu mövzu ilə bağlı, Almaniyanın xarici işlər naziri Zigmar Qabriel Berlində keçirilən Alman iqtisadiyyatının Şərq komitəsinin iclasında danışıb. Alman diplomat Rusiyaya qarşı sanksiyaların Moskvanın Minsk müqaviləsi çərçivəsində öhdəliklərin tam yerinə yetirəcəyi təqdirdə birdəfəlik ləğv ediləcəyi ideyasını "şübhəli" sayıb.
Nazir Ukraynanın Şərqində davamlı atəşkəs olmasa da, məhdudlaşdırıcı tədbirlərin mərhələli şəkildə dayandırılmasına çağırıb. Bunula yanaşı o, Rusiya tərəfinin münaqişə zonasına BMT-nin sülhməramlı missiyasını çagırmaq fikrini də dəstəkləyib: “Belə hesab edirəm ki, yalnız BMT-nin mandatı tərəflərin Minsk razılaşmaları əsasında öhdəliklərini yerinə yetirməsinə səbəb ola bilər”-deyə alman nazir əlavə edib ki, əgər Moskva bunu etməyə hazırdırsa, "bunun əvəzinə nə isə bir şey əldə etməlidir" .
Qabriel çıxışı zamanı bir neçə dəfə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların alman iqtisadiyyatına da zərərli təsir göstərdiyini xatırladıb. O, həmçinin ABŞ tərəfindən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsindən narahatlığını ifadə edərək Vaşinqtonun hərəkətlərinin Berlinin maraqlarına da zərbə vurduğunu bildirib.
Xatırlatmaq yerinə düşər ki, bir müddət bundan əvvəl “Frankfurter Allgemeine Zeitung” nəşri Kiel Dünya İqtisadiyyat İnstitutunun araşdırmasına istinadən Rusiyaya qarşı sanksiyalarından Avropa Birliyinə daxil olan ölkələr arasında daha çox alman iqtisadiyyatının əziyyət çəkdiyi barədə məlumat dərc etmişdi.
Təbii ki, “Gazeta.ru” Rusiyaya qarşı sanksiyaların tezliklə aradan götürüləcəyinə əminlik aşılamaca da, ancaq sanksiyaların qaldırılmasının ən təsirli vasitəsi kimi Avropa Birliyi ölkələrindən birində-Almaniyada başlayacagını cox vacib sayır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb
13.12.2018
“Brexit”: Tereza Mey etimad səsverməsində qalib gəlib
12.12.2018
Türkiyə Suriyada yeni əməliyyata başlayır
11.12.2018
Makron sükutu pozdu, “Sarı jilet”lər aksiyasının 5-ci aktına çağırış edildi
11.12.2018
Stokholmda Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 “Ermənistan iqtisadiyyatı böhrandan çıxa bilmir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info