Vətəndaşlıqdan imtina edən ermənilərin sayı nə qədərdir...
Tarix: 14.01.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Hər şeydən əvvəl qeyd edək ki, bu mövzu oxucular üçün də elə bir yenilik deyil. Xatırladaq ki, biz bir müddət əvvəl də bu mövzuya toxunmuşduq. Belə ki, erməni polisinin “rəsmi” məlumatlarına istinadən, guya 2012-ci ildən bəri Ermənistanda vətəndaşlıqdan imtina edənlərin ümumi sayının cəmi 15009 nəfər olduğu barədə məlumat vermişdik. Erməni polisinin pasport və viza idarəsinin müdiri Mnatsakan Biçaxçyanın göstərdiyi rəqəmlərə, sən demə təkcə biz yox, həm də yerli erməni demograflar da şübhə ilə yanaşırmışlar. Biçaxçyan “1in.am” saytına danışarkən bu mövzu ilə əlaqədar müxtəlif demografların mediaya şübhə ifadə etdiklərini etiraf etmişdi. Əslində Ermənistanda vətəndaşlıqdan imtina edənlərin sayı bir neçə dəfə çoxdur. Bu reallıqdır. Viza idarəsi müdirinin son illər Ermənistanı tərk edənlərin sayında azlma olduğunu desə də, unudur ki, bunlar imkansızlıq üzündən ölkədə qalıb zülm cəkənlərdir. Onları ölkəndə qalmaga məcbur edən maliyyə imkansızlığıdır. Biçaxçyan daha çox Ermənistanı 2009-cu ildən bəri tərk edənlərin “statistik rəqəmlərlərini” önə çəkir. Amma unudur ki, təkcə 2009-cu ildə Ermənistandan 25 min nəfər gedərək bu günə qədər geri dönməyib. Bu göstərici 2010-cu ild 29.900, 2011-ci ildə 43.800, 2012-ci ildə 37.960. 2013-cü ildə isə Biçaxçyanın “real rəsmi sənəd”ə istinad etdiyi kimi 1461 nəfər deyil, 41.135 nəfər olub.
Ermənistanın yüksək instasiyalarindan 2015-ci ilin noyabrında verilən rəsmi məlumata görə, Robert Koçaryanın 10 illik prezidentliyi ərzində 134,1 min, Serj Sərkisyanın ilk 7 illik prezidentliyi ərzində isə 232955 nəfər Ermənistandan birdəfəlik köçüblər. Belə ki, əvvəlki iki il istisna olmaqla, 2015-ci ilin noyabrına qədər Ermənistanı rəsmi şəkildə 366.195 nəfərdən artıq erməni tərk edib. Son iki ildə də erməni hakimiyyətinin bütün maneələrinə baxmayaraq, Ermənistanda miqrasiya davam etməkdədir.
Biçaxçyan xitabən, “görünən daga nə bələdçi”...
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info