“PAŞA Həyat”-da vakansiya
Tarix: 15.01.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


“PAŞA Həyat” strategiya və investisiya departamenti daxili kommunikasiya üzrə baş mütəxəssis vəzifəsinə işçi axtarır.
Struktur bölmə: Strategiya və investisiya Departamenti
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə: Daxili kommunikasiya üzrə baş mütəxəssis
Son müraciət tarixi:  21 yanvar 2018-ci il
İş saatları (iş rejimi): 09:00-18:00
Vəzifənin öhdəlikləri:
1. Daxili kommunikasiya və Korporativ Ünsiyyət Strategiyasının siyasətini işləyib hazırlamaq və icra etmək;
2. Cəmiyyətin Strategiyasının icrasını dəstəkləmək;
3. Cəmiyyət üçün strateji ünsiyyət planını hazırlamaq və müəyyən edilmiş vaxt çərçivəsində planı icra etmək;
4. Daxili kommunikasiya layihələrinin hazırlanmasını, büdcələnməsini, layihənin effektivliyinin analiz edilməsini və arxivləşdirilməsini həyata keçirmək;
5. Korporativ kommunikasiya vasitəsilə əməkdaşlara məlumatların təqdim edilməsinin alət, mexanizm və kanalların yaradılması üzrə işləri icra etmək;
6. İnkişaf, təşkilatçılıq, strategiya daxil olmaqla ünsiyyətin bütün aspektlərində təşkilati kommunikasiyanı təmin etmək üsüllarının təkmilləşdirilməsi üzrə təkliflər vermək;
7. Təşəbbüsləri və layihələri işçilərə və maraqlı tərəflərə uğurla çatdırılmasını təmin etmək;
8. Ünsiyyətin keyfiyyətini artırmaq üçün müntəzəm təlimlər həyata keçirmək;
9. İnformativ xarakterli korporativ iclas və tədbirləri təşkil etmək;
10. Korporativ strategiyanın tətbiqinin intranet portal  vasitəsilə icrasına nəzarət etmək;
11. Kommunikasiya planına əsasən hesabat hazır edib, təqdim etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməlidir.
Kompüter bilikləri: MS Office.
Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası: CV-lər “Daxili kommunikasiya” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Ermənistan sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub
21.09.2019
Fuad getdi, sən də get, Əli Kərimli!
21.09.2019
Hacıqabulda pambıq yığımına başlanılıb
21.09.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info