ADPU-nun Türkiyə universitetləri ilə əlaqələri genişlənir
Tarix: 15.01.2018 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub. ADPU-nun rektoru, professor Cəfər Cəfərovla görüşdə ADPU-nun 2018-ci ildə Türkiyə universitetləri ilə əməkdaşlığı, Azərbaycan və Türkiyə universitetlərinin rektorlarının növbəti görüşünün Bakıda keçirilməsi, ADPU-nun təşkil edəcəyi elmi konfranslarda türkiyəli alimlərin iştirakı, ADPU tələbələrinin qardaş ölkənin universitetlərində təhsil alması perspektivləri müzakirə edilib. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyinin birgə qeyd olunması və s. bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin 2017-2018-ci tədris ilində ADPU-da təhsil alan 175 nəfər Türkiyə vətəndaşı olan tələbələrin tədrisi və qarşılaşdığı məsələlər də diqqət mərkəzində olub. Görüşdə Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğu qeyd edilib.
Sonra Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral ADPU-da keçirilən imtahan sessiyası, eləcə də universitetdə son ildə aparılmış yeniliklər və islahatlarla tanış olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
20.09.2019
DİN-in idarə rəisi təqaüdə göndərildi
20.09.2019
“Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info