“Ekspo 2025” sərgisinə ev sahibliyi iddiası Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir”
Tarix: 15.01.2018 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver deyib. Azərbaycanın Antalyada keçirilmiş “Ekspo 2015” və Astanadakı “Ekspo 2017” sərgilərində uğurla təmsil olunduğunu vurğulayan professor deyib: “Əslində “Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün çox güclü rəqiblərlə mübarizə aparmaq özü Azərbaycanın uğurudur”.
Akkan Suver əminliklə bildirib ki, Azərbaycan 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinə, 2015-ci ildə birinci Avropa Oyunlarına tamamilə fərqli təqdimatlarla ev sahibliyi etdi və bununla da beynəlxalq yarışların təşkilinə yeniliklər gətirdi. Bu, onu deməyə əsas verir ki, Azərbaycan “Ekspo 2025” sərgisinə də yeniliklər gətirə, bu tədbirin gələcək inkişafına töhfələr verə bilər. “Əminik ki, təşkilat komitəsi, ümumiyyətlə, beynəlxalq ictimaiyyət seçim məsələsində bu amili dəyərləndirəcək”, - deyə o əlavə edib.
Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini xatırladan professor beynəlxalq ictimaiyyətin “Ekspo 2025”lə bağlı Bakıya dəstək verməklə Azərbaycanın real inkişafına və dövlətçilik tarixinə böyük bir hədiyyə edəcəyini vurğulayıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik
22.09.2020
Məhkəmə XİN-in sabiq idarə rəisi barəsində qərar verdi
22.09.2020
Yaxın zamanda zəfər sevinci duyacağımıza ümid edirik
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info