Xaçmazlı sənətkar “ABAD” ailəsinə qoşulub
Tarix: 15.01.2018 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Xaçmazlı sənətkar Zeydulla Ağayev “ABAD” ailəsinə qoşulmaqla satış bazarını genişləndirmək və bu sənəti dünyaya tanıtmaq istəyir.
Bədii döymə sənəti ilə məşğul olan Zeydulla Ağayevin əl işləri artıq Bakıda İçərişəhərdə fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılıb.
O, 40 ildən çoxdur ki, sənətkarlığın bu növü ilə məşğuldur. Rayonun Mürşüdoba kəndində yaşayan Zeydulla Ağayevin uşaq yaşlarından rəsm çəkməyi böyük həvəsi olub. Buna görə də tətbiqi xalq sənətkarlığının bir çox sahələrini asanlıqla mənimsəyib.
On yeddi yaşından bu işə başlayan sənətkarın ilk əl işi 1973-cü ildə hazırladığı "Sülh" adlı əsərdir. İndi o, əlvan metallar üzərində istənilən obrazı asanlıqla yarada bilir. Hazırda sənətkar il ərzində 10-12 bədii döymə nümunəsi yaradır. Bir sənət əsəri ölçü və mövzusundan asılı olaraq 2-3 gündən 1-2 aya qədər ərsəyə gəlir.
Zeydulla Ağayev bildirir ki, əsərləri “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılandan sonra müştərilərinin sayı xeyli artıb. “40 il ərzində yığılıb qalan əl işlərim indi satılır. Alıcılar arasında çox sayda xarici ölkə vətəndaşları da var. “ABAD”la əməkdaşlıq mənim sənətimə ikinci nəfəs verdi”,- deyə sənətkar AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
“ABAD” publik hüquqi şəxsin dəstək göstərdiyi sənətkar bədii döymə sənətinin gələcək nəsillərə ötürmək istəyir. Oğlu Elnur Ağayev də artıq bədii döymə sənətinin sirlərini mənimsəyib.
Zeydulla Ağayev hazırladığı dekorativ əşyaları sifariş əsasında satır. İxtisasca dil-ədəbiyyat müəllimi olduğu üçün əsərlərinin sırasında görkəmli ədiblərimizin portretləri üstünlük təşkil edir. Bununla yanaşı, milli atributlar və simvollar da onun müraciət etdiyi mövzulardır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info