Fındığın tükənməz faydaları
Tarix: 15.01.2018 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Fındıq “E” vitamini baxımından zəngindir. “E” vitamini qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alaraq qan azlığı riskini azaldır. Qan dövranının düzgün işləməsi isə qızdırma, soyuqdəymə və digər xəstəliklərin yaranma riskini azaldaraq immun sistemini gücləndirir.
Milli.Az fındığın faydalarını təqdim edir.
Əsəbləri möhkəmləndirir
Tərkibindəki qida elementləri sayəsində əsl sağlamlıq anbarı olan fındıq “B6” vitamini baxımından da zəngindir. “B6” vitamini sinir sisteminin düzgün işləməsini təmin edir. Həmçinin seratonin, melatonin və epinefrin hormanlarının ifrazı “B6” vitamininin dəstəyi ilə baş verir.
Beyin sağlamlığını qoruyur
Fındıqda protonosiyanidin, kersetin və kaemferol kimi maddələr var. Bu maddələr flavonoidlər qrupuna aiddir. Flavonoidlər beyin sağlamlığını qoruyur, fəaliyyətini yaxşılaşdırır. Bundan başqa, fındıq triptofan və izolosin amin turşularıyla zəngin olduğundan zehni və psixoloji olaraq müsbət təsir göstərir.
Fındıqdakı zülallar, liflər və yağlar toxluq hissini artırır. Bu da həddən artıq yemək istəyinin qarşısını alır. Həddindən artıq fındıq yemək əksinə, köklüyə səbəb olur. 1 ovuc fındıq təxminən 25 qram və 150 kalori edir.
Diabet riskini azaldır və ürəyi qoruyur
Fındıqda ürək sağlamlığını qoruyan təbii yağlar var. Bu yağlar pis xolesterin səviyyəsinin azaldır, orqanizmdə yaxşı xolesterin səviyyəsini isə yüksəldir. Elmi tədqiqatlarda məlum olub ki, hər gün təzə fındıq yeyən insanlarda infarkt riski aşağı düşür. Eyni zamanda fındıq dəmir, mis, selen, maqnezium, kalium, fosfor, sink kimi minerallarla boldur. Maqnezium orqanizmə daxil olan və çıxan kalsium miqdarının tənzimlənməsində çox mühüm rol oynayır. Maqnezium əzələ gərginliyini azaldır və əzələ yorğunluğunu, spazma və s. bu kimi ağrılarn qarşısını alır.
Araşdırmalar göstərib ki, mütəmadi olaraq fındıq yeyən diabet xəstələrinin səhhəti yaxşılaşıb.
Xərçəng hüceyrələrinin inkişafına səbəb olan amilləri aradan qaldırır. Fındıqda olan beta-sitosterol birləşməsi döş və prostat xərçəngi riskini azaldır.
Təzə fındıq bağırsaq hərəkətlərini aktiv hala gətirir, həzm sisteminin işini asanlaşdırır.
Qocalma prosesini ləngidir
Fındıqda olan antioksidantlar dəriyə zərər verən sərbəst radikallarla mübarizə apararaq dərinin daha sağlam görünməsini təmin edir. Eyni zamanda “E” vitaminini ölü hüceyrələri aradan qaldıraraq ultrabənövşəyi şüaların səbəb olduğu dəri xərçənginin qarşısını alır. Antioksidantlarla yanaşı flavanoidlər də dəri hüceyrələrinin regenerasiyasını (Orqanizmin itirilmiş, zədələnmiş üzvlərinin və toxumalarının bərpa etməsi) dəstəkləyir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bu filmləri qorxmadan izləyənlərə mükafat veriləcək: 13 min dollar…
21.09.2019
UFO mövcuddur - Amerikalılar “51-ci zona”ya hücuma hazırlaşır
21.09.2019
Atatürk ‘‘liderlәr’’ siyahısında birincidir
21.09.2019
“Google” şirkəti dünyada ən güclü kvant kompüteri hazırlayıb
21.09.2019
70 minlik saatı oğurlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info