“Azərbaycan və Moldova biznesmenlərinin iştirakı ilə biznes forum təşkil ediləcək”
Tarix: 15.01.2018 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


“Bu ilin birinci yarısında iqtisadi əməkdaşlığa dair Moldova-Azərbaycan hökumətlərarası birgə komissiyanın iclası nəzərdə tutulub”.
 
Bunu APA-ya açıqlamasında Moldovanın ölkəmizdəki səfiri George Leuka deyib.
 
2017-2018-ci illərin Azərbaycan və Moldova arasındakı münasibətlər üçün əhəmiyyətli olduğunu deyən səfir bildirib ki, 2018-ci il Azərbaycanda “Xalq Cümhuriyyəti ili” elan olunduğu üçün bu il ərzində ölkəmizdə təşkili planlaşdırılan tədbirlərdə buna xüsusi önəm veriləcək.
 
2018-ci ildə Azərbaycanda bir sıra mədəniyyət tədbirlərinin nəzərdə tutulduğunu deyən səfir qeyd edib ki, gələn ay iki ölkənin Moldova ədəbiyyatının Azərbaycan dilində, Azərbaycan ədəbiyyatının isə Rumıniya dilində antologiyasının hazırlanması işinə başlanılacaq. Səfirin sözlərinə görə, Azərbaycan və Moldova biznesmenlərinin iştirakı ilə biznes forum təşkil ediləcək.
 
Moldovanın bu il GUAM-a rəhbərlik etdiyini vurğulayan səfir bildirib ki, il ərzində prezidentlərin görüşləri də daxil olmaqla, bir sıra yüksək səviyyəli görüşlərin, səfərlərin təşkili gözlənilir. 




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Sahibə Qafarova: Ermənistan BMT-nin və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir
23.09.2020
Volodin Moskvada Sahibə Qafarova ilə danışıqlar aparacaq
22.09.2020
Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı Səfiri ilə görüşüb
22.09.2020
Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb
21.09.2020
Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info