Azərbaycanın turizm imkanları Ukraynanın yüksək reytinqli televiziya kanalında 
Tarix: 15.01.2018 | Saat: 15:17:00 | E-mail | Çapa göndər
“Ailə və romantik istirahət yeri”, “Türkiyə və Misirin yeni rəqibi” - Azərbaycan və Bakı haqqında söylənilən bu coşqulu ifadələr Ukrayna telekanalı STB-nin məşhur “Зважені та щасливі” tele-şousunun finalında səslənib. Bu tele-şou Ukraynada yüksək reytinqli televiziya verilişdir.
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib ki, final şousunu bu dəfə 13 milyon tamaşaçı izləyib. Tele-şounun hazırlanması zamanı Bakıda aparılan çəkilişlər Milli Turizm Təbliğat Bürosu və AZAL-ın birgə dəstəyi ilə həyata keçirilib.
Bildirilib ki, Ukrayna bazarı ölkəyə turist cəlbi baxımdan ən əsas potensial bazarlardan biridir. Bu baxımdan, Milli Turizm Təbliğat Bürosu bu istiqamətdə aktiv fəaliyyət göstərir. Xüsusilə, Ukrayna hava yolları - UIA ilə əməkdaşlıq çərçivəsində uzun müddətdir birgə layihələr həyata keçirilir, bu ölkədən mütəmadi qaydada turizm agentliklərinin nümayəndələri, jurnalistlər və blogerlərin Azərbaycana səfərləri təşkil edilir. Eyni zamanda, Milli Turizm Təbliğat Bürosu tərəfindən Ukraynada tədbirlər təşkil olunur. Son belə görüş paytaxt Kiyevdə keçirilib və tədbirdə Azərbaycanın turizm potensialı haqqında iyirmiyə yaxın turizm şirkətinə təqdimatlar edilib, onlarla yerli turizm şirkətləri arasında əlaqələr formalaşdırılıb.
Vurğulanıb ki, 2017-ci ildə, Azərbaycana Ukraynadan 57 min 756 turist səfər edib. Bu göstərici ilə Ukrayna dünyanın digər ölkələri arasında Azərbaycanın ən çox turist qəbul etdiyi 7-ci ölkədir. Aparılan işlər və araşdırmalar göstərir ki, bu rəqəmlər 2018-ci ildə daha da artacaq. 2017-ci ilin nəticələrinə əsasən, ümumilikdə, 2016-cı ilə nisbətdə Azərbaycana gələn turistlərin sayında 20 faiz-dən çox artım müşahidə olunub.
Milli Turizm Təbliğat Bürosu oxşar fəaliyyətləri ənənəvi turizm bazarlarında olduğu kimi, eynilə yeni bazarlarda da həyata keçirir. Bunlara ABŞ, Avropa, Çin, Hindistan və başqaları daxildir. Büro bazarın tələbatına uyğun olaraq müxtəlif ölkələrin turizm şirkətləri və agentlikləri ilə birlikdə yeni xidmət paketləri, marşrutlar, turlar və s. üzrə müzakirələr aparır və formalaşdırır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2018
“Beynəlxalq ictimaiyyətin Qarabağ məsələsinə yanaşması dəyişməlidir“
22.02.2018
İsveçdə Azərbaycanla bağlı sərgi keçirlib
22.02.2018
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
21.02.2018
“Azərbaycanda biznes üçün hər cür şərait yaradılıb”
21.02.2018
“Ukrayna Rusiyaya qarşı iddialar hazırlamalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8463

1 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
2 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”
5 “Azərbaycan dili imperiya dilləri ilə rəqabətə girəsi dildir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info