Ermənistanda əhalinin narazılığı artır
Tarix: 15.01.2018 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Ermənistan daha bir böhran mərhələsinə daxil olur.
AZƏRTAC xəbər verir ki, iqtisadi böhran fonunda hərbi sahədə hökm sürən özbaşınalıqlar əhalinin narazılığını artırır. Rüşvət, korrupsiya, sui-qəsd, ölüm hallarının çoxalması Ermənistan ordusunda adi hala çevrilib. Bir il ərzində hərbi hissələrdə 113 rüşvət faktı qeydə alınıb. Qeyri-döyüş şəraitində ölənlərin sayı 59 nəfər olub. Onlardan 23-ü intihar, digərləri isə qəza və ya sui-qəsddir. Belə halların artmasının əsas səbəbi isə hərbi sahədə hökm sürən hərc-mərclikdir.
Bunun qarşısını almaq üçün vətəndaşları üsyana çağıran “Yerkir Sirani” partiyasının lideri Zarui Postancyan deyib ki, mövcud siyasi sistem ölkəni məhvə doğru aparır. Keçmiş deputat qeyd edib ki, hakim cinayətkar rejimə qarşısı mübarizə yalnız və yalnız ümumxalq itaətsizliyi aksiyalarının bərpası ilə mümkündür. Vətəndaşlar ayağa qalxaraq hökumətə etiraz etməlidirlər. Əks təqdirdə, Ermənistanda hökm sürən vəziyyət həllini tapmayacaq. Əksinə, büdcənin boşalması fonunda artan dövlət borcları, miqrasiya sosial-iqtisadi partlayışla nəticələnəcək.
Ermənistan Milli Konqresinin sədr müavini Aram Manukyan da ümumxalq itaətsizliyi aksiyalarının bərpasının tərəfdarıdır. O vurğulayıb ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. Ölkədə hökm sürən böhranın günahkarı hazırkı hakimiyyətdir. Hökumət sülh yolunu seçməsə ölkəni məhvə aparacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”
21.08.2019
“Ermənistandakı vəziyyət yaxşılığa doğru dəyişməyəcək“
21.08.2019
Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər
20.08.2019
“Qolos Armenii”: “Paşinyan Ermənistanda söz azadlığını məhdudlaşdırır”
20.08.2019
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info