Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
Tarix: 15.01.2018 | Saat: 16:34:00 | E-mail | Çapa göndər
Yanvarın 15-də AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə “Birgə vətəndaş təşəbbüskarlığı” mövzusunda “Skype” görüşü olub. Tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələfin təşəbbüs və təşkilatçılığı, AMEA Yüksək Texnologiyalar Parkı və Diaspor Jurnalistləri Birliyinin dəstəyi ilə könüllü olaraq keçirilib. Paytaxt və regionlarda fəaliyyət göstərən 35-ə yaxın xanım QHT-rəhbərinin iştirak etdiyi konfransa Türkiyədəki Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva da “Skype”lə qoşulublar.
Öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf görüşün mövzu və məqsədi haqqında məlumat verib. Nərgiz Xələf qeyd edib ki, cəmiyyətin inkişafında vətəndaş təşəbbüskarlığı əhəmiyyətli rol oynayır: “Bu baxımdan istər, ölkə daxilində, istərsə xaricdəki xanım QHT rəhbərləri də aktivlik göstərirlər. Məqsədimiz belə xanımların bir-birini tanıması və motivasiya etməsidir”.
Sonra Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə iştirakçılara Türkiyə, Almaniya və Niderlanddan qoşulan virtual qonaqlar haqqında danışıb. O bildirib ki, bu üç ölkədəki xanım soydaşlarımız öz gücləri ilə aktiv şəkildə Azərbaycanın təbliğatını aparırlar.
Daha sonra onlarla “Skype” bağlantı yaradılıb. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova deyib ki, Türkiyədə Azərbaycan qadınını təmsil edir: “Məqsədimiz Azərbaycan tarixini, mədəniyyətini Türkiyədə tanıtmaq, Türkiyədə yaşayan soydaşlarımızın haqq və hüquqlarına dəstək olmaq, erməni diasporuna qarşı iş təbliğat aparmaq, Qarabağ həqiqətlərini yaymaqdır. Azərbaycanı xaricdə təbliğ etmək milli borcumdur. Bu, bizim vicdanımızın səsidir. Türkiyədə gördüyümüz işlərlə milli kimliyimizi tanıtmaq istəyirik”.
Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva deyib ki, əsas məqsədi almanlarla dostluğumuzu daha da möhkəmləndirmək, həmçinin adət-ənənələrimizi almanlara daha da yaxından tanıtmaqdır: “Qürbət ölkədə xanım olaraq fəaliyyət göstərmək nə qədər çətin olsa da, biz təbliğati işimizi davam etdiririk. Bu yaxınlarda Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq "Gəzdim Azərbaycanı" filmini ərsəyə gətirdik. Filmdə Azərbaycanın regionlarındakı gəzməli, görməli yerlər, həmçinin tarixi, mədəni abidələr haqqında məlumat verilir. Məqsədimiz “Gəzdim Azərbaycanı” filmi ilə ölkəmizi almanlara tanıtmaqdır”.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bildirib ki, əlamətdar günlərimizlə bağlı xaricdə müxtəlif tədbirlər keçirirlər: “Hollandların bizim ölkə haqqında məlumatı hələ ki, istənilən səviyyədə deyil. Biz çalışırıq yerli xalqın marağını cəlb edən layihələr keçirək. Belə layihələr zamanı da Azərbaycanla haqqında, o cümlədən Qarabağ həqiqətlərindən ətraflı danışırıq”.
Konfrans zamanı virtual qonaqlara suallar verilib, görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Çıxış edənlər fəaliyyətlərini genişləndirmək üçün birgə layihələrin keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, dövlətimizin uğurları hər bir vətənpərvər azərbaycanlını sevindirir. Xüsusən, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinin hər bir soydaşımızda məmnunluq yaratması bildirilib.


DJB-nin Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
22.02.2018
UNEC-in gənc müəllimləri Türkiyədə Xocalı soyqırımından bəhs ediblər
22.02.2018
“Xocalı şahidləri danışır” kitabının təqdimatı olub
22.02.2018
Orxan İsayev: “Beynəlxalq qurumlar korrupsiya ilə mübarizəni müsbət qiymətləndirir”
22.02.2018
ATƏT/DTİHB-nin nümayəndələri prezident seçkiləri barədə məlumatlandırılıb
22.02.2018
“Sönmüş ocaqlar” adlı tədbir-sərgi təşkil olunub

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8463

1 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
2 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”
5 “Azərbaycan dili imperiya dilləri ilə rəqabətə girəsi dildir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info