Nazirlik vergi ödəyicilərinə güzəşt etdi
Tarix: 15.01.2018 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2017-ci ilin 4-cü rübünə görə Sadələşdirilmiş verginin bəyannaməsi 2018-ci ilin yanvar ayının 22-dən (yanvarın 20-si və 21-i qeyri-iş günü olduğuna görə) gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib. Məlumata görə, bəyannamə internet vasitəsi ilə elektron formada və ya kağız daşıyıcıda tərtib olunaraq poçt vasitəsi ilə vergi orqanına göndərilə bilər. Vaxt, tərtib edilmə və resurslara qənaət baxımından bəyannamənin internet vergi idarəsinə (www.e-taxes.gov.az) daxil olub, onlayn tərtib edilməklə göndərilməsi daha əlverişlidir. Bunun üçün isə gücləndirilmiş elektron imza, o cümlədən Asan İmza və ya vergi orqanından əldə edilmiş istifadəçi kodu, parol və şifrə tələb olunur. Hazırda vergi ödəyicilərinin mütləq əksəriyyəti elektron sənəd mübadiləsinə qoşulmuşdur.

Bəyannamənin internet vasitəsi ilə göndərilməsi üçün ilk növbədə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında (www.e-taxes.gov.az) “GİRİŞ” düyməsi və “Sistemə giriş səhifəsi”nin “E-bəyannamə, ƏDV-DH və ŞHV” alt bölməsi seçilir. Sonra istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza (ASAN İmza) məlumatları müvafiq xanalara daxil edilir, açılan pəncərənin “E-bəyannamə” blokundakı “On-line sadələşdirilmiş bəyannamə” alt menyusunda bəyannamə onlayn qaydada tərtib edilir. Daxil edilmiş məlumatlar yoxlanılaraq təsdiq edilməklə bəyannamə vergi orqanına göndərilir. Həmin bölmədə bəyannamənin göndərilməsi barədə “Bildiirş”ə baxmaq və ya çap etmək mümkündür.

2017-ci ilin 4-cü rübü üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 1 nömrəli Əlavə ilə birlikdə, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istidadə edilən 1-dən artıq təsərrüfat subyekti (obyekti) olduqda 3 nömrəli Əlavə ilə birlikdə tərtib edilərək vergi orqanına göndərilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq
22.09.2020
Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır - FAKTLAR
21.09.2020
Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır
21.09.2020
Prezident: BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
21.09.2020
Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info