Ərdoğan ABŞ-ın Suriyanın şimalında qurmaq istədiyi ordunu məhv edəcəklərini bildirib
Tarix: 15.01.2018 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


“Müttəfiqimiz dediyimiz bir ölkə bütün etirazlarımıza baxmayaraq, sərhədimizi boyu bir terror ordusu qurmağa çalışır. Bunun Türkiyədən başqa hədəfi ola bilərmi? ABŞ-ın artıq niyyətini açıq ifadə etməsindən məmnunluq duyarıq”.
 
APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ Türkiyə sərhədi boyu terror ordusu quracağını elan edib: "Bizə düşən də bu terror ordusunu doğulmamış, yerində boğmaqdır. ABŞ onlara 4800 min yük maşını silah göndərib. Nə qurursan qur, o 30 minlik terror ordusu orada səni təmsil edə bilməyəcək və rəzil, rüsvay olacaqsan. Bizim müttəfiqlərimizə söylədiyimiz budur ki, terrorçularla, qatil sürüləri ilə aramızda durmayın, yoxsa ortaya çıxan nəticələrə görə biz məsuliyyət daşımayacağıq. Terror təşkilatlarının bazalarında qaldırılan bayraqlarınızı özünüz endirin ki, biz endirib, sizə verməli olmayaq. Terrorçuların üzərlərində olan işarələri sökün ki, terrorçularla birlikdə olan hərbçilərinizi biz torpağa gömmək məcburiyyətində qalmayaq. Afrin və Münbic əməliyyatına hazırlıq başa çatıb. Əməliyyat hər an başlaya bilər. Sərhədimizdə bir terrorçu qalana qədər mübarizəmiz davam edəcək”.
 
R. T. Ərdoğan qeyd edib ki, ABŞ Türkiyəyə müttəfiq kimi yanaşmalıdır: “Mən onlara demişəm ki, biz o terrorçuları yaxşı tanıyırıq, peşman olacaqsınız. İki gün sonra çətinə düşən zaman ABŞ əsgərlərinə ilk silah çevirən qurmaq istədikləri 30 minlik terrorçu ordusu olacaq”.
 
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Suriyada PYD/YPG ordusu formalaşdırmaq, Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar bir həftə öncə ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi. Dünən ABŞ-ın Suriya və İraqda İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi 30 minlik ordu quracağını bəyan edib. ABŞ-ın bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Türkiyə ordusunun Suriyada PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
ABŞ-da Türk evi inşa olunur
21.09.2019
HDP həmsədri Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verilib
20.09.2019
ABŞ Rusiyanın hipersəs sürətli silahları qarşısında gücsüzdür
20.09.2019
Əfqanıstanda NATO konvoyuna hücum olub
20.09.2019
Nigeriyada 34 mindәn çox uşaq aclıq tәhlükәsi ilә üz-üzәdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info